Previous Next
Bağla

Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

20-10-2017 15:17
Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

Tanınmış hüquqşünas Ələsgər Məmmədli  6 ildən çoxdur müştərisi olduğu Bank Respublika-da problemlə üzləşib.

Belə ki, hüquqşünas ötən günlərdə  Bank Respublika-da  elektron şəkildə şəxsiyyətini təsdiq edən sənədi göstərməsinə baxmayaraq, bank əməkdaşları tərəfindən kobud münasibətlə üzləşdiyini qeyd edib.

Ələsgər Məmmədli virtual kartının istifadə müddətinin artırılması üçün banka getdiyini deyib.

O,  E-gov Portalda öz hesabınıza daxil olub və qeydiyyat üçün ağıllı telefonun ekranında şəxsiyyət vəsiqəsini təqdim etsə də, bank əməkdaşı bunu qəbul etməyərək, hüquqşünas ilə kobud danışıb.

Ondan tələb edilib ki, mütləq şəxsiyyət vəsiqəsinin özü olmalıdır.

Bəs əslində necə olmalıdır, kimdir günahkar?

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Xeberler.az-a bildirib ki, əgər E-gov Portalda öz hesabınıza daxil olub, şəxsi otağınızdan hansısa fərdi informasiya təqdim edirsinizsə, imtina üçün hansısa əsas olmamamlıdır:

“Qanunvericilikdə də birmənalı olaraq qeyd edilib ki “yalnız elektron formada olması” əsas gətirilərək sənədi qəbul etməkdən imtina ola bilməz. Eyni zamanda Portalda hətta elektron arayışların tanınması üçün də imkanlar var”.

Osman Gündüz onu da bildirib ki, banklar öz xidmətlərini elə Elektron Hökumət Portalına inteqrasiya etməlidirlər ki, vətəndaş hesabına daxil olub elə Portaldan bu bank xidmətlərini əldə etsinlər:

“Bildiyim qədər bir-iki bank bu addımı atıb. Eyni zamanda, görəsən onda bu Respublika Bank nə üçün “İnternet şöbə” xidmətini yaradıb ?. Axı burada kart əldə etmək üçün hətta onlayn xidmətlər nəzərdə tutulub”.

Ekspert bildirib ki, burada nəsə anlaşılmazlıq, əməkdaşların təcrübəsizliyi, sadəcə sayğısızlıq və hətta bilərəkdən narazılıq yaratmaq məqamları da ola bilər:

“Ümid edirəm ki, bu bankın məsul şəxsləri və digər aidiyyatı qurumlar bunu araşdıracaqlar. Ölkənin indiki inkişaf səviyyəsində və 10 ildir elektron hökumət quruculuğunun getdiyi bir məqamda bu tip faktlarla rastlaşmaq həqiqətən çox təəssüfləndiricidir”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron arayışla kredit verən bankların sayı artacaq

Elektron arayışla kredit verən bankların sayı artacaq

28-12-2014
Daha bir bank elektron arayış verə biləcək

Daha bir bank elektron arayış verə biləcək

03-12-2014
 Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

09-02-2016
Daha bir bank portala qoşuldu

Daha bir bank portala qoşuldu

24-10-2017
«İnternet televiziyaların lisenziyalaşdırılması ifadə və söz azadlığını pozur»

«İnternet televiziyaların lisenziyalaşdırılması ifadə və söz azadlığını pozur»

22-04-2010
Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu

14-03-2016
Daha bir bank elektron arayışa keçdi

Daha bir bank elektron arayışa keçdi

25-04-2015
Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

07-03-2019
Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

19-11-2019
“Azərpoçt” ABA-ya üzv olub

“Azərpoçt” ABA-ya üzv olub

10-06-2023
Daha bir bank portala qoşuldu

Daha bir bank portala qoşuldu

13-10-2016
Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

15-11-2019
Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015
Banklar elektron arayışlardan istifadəni artırıb

Banklar elektron arayışlardan istifadəni artırıb

16-01-2015
Vətəndaşlara fərdi məlumatları üzrə 6 mindən artıq elektron arayış verilib

Vətəndaşlara fərdi məlumatları üzrə 6 mindən artıq elektron arayış verilib

13-04-2015
Nazirlikdən banklara təklif

Nazirlikdən banklara təklif

20-08-2015
Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019
Daha 2 qurum portal üzərindən xidmət edəcək

Daha 2 qurum portal üzərindən xidmət edəcək

26-01-2018
Banklar “Asan İmza”dan effektiv istifadə edir

Banklar “Asan İmza”dan effektiv istifadə edir

29-04-2016
Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım

Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım

15-02-2023
Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

22-10-2018
Bağçalara uşaq qəbulu və növbəyə yazılma necə olmalıdır?

Bağçalara uşaq qəbulu və növbəyə yazılma necə olmalıdır?

30-01-2018
Daha bir bank elektron arayışla xidmət göstərəcək

Daha bir bank elektron arayışla xidmət göstərəcək

23-09-2015
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə