Previous Next
Bağla

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015 17:00
Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

“Elektron hökumət” portalının operatoru Məlumat Hesablama Mərkəzi tərəfindən elektron arayışların verilməsi üzrə  sistem yaradılıb, amma vətəndaşlar bu sistemin məhsulu olan elektron arayışlardan faydalana bilməzlər”.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz ötən gün Elektron portal üzərindən daha 4 e-arayışın  vətəndaşlarımızın istifadəyə verilməsinə münasibət bildirib.

Osman Gündüz qeyd edib ki, Məlumat Hesablama Mərkəzi tərəfindən arayışların elektron formada verilməsi ilə bağlı sistemin yaradılması təqdirəlayiqdir. Bu kifayət qədər ictimai-sosial əhəmiyyət kəsb edən xidmətdir və hamının, çox sayda insanların bu tip xidmətlərə ehtiyacı var.

Amma təəssüf ki, hələlik vətəndaşlar həmin e-arayışlardan istifadə edə bilməzlər: “Hansısa bir yerdə yaşayan vətəndaş portalda öz hesabına daxil olub özünün yaşayış məlumatlarını görür, çap edə bilir , hansısa quruma göndərə bilir və s. Lakin  onu hansısa bir dövlət qurumuna, təhsil müəssisəsinə və digər aidiyyatı qurumlara  verəndə qurum bunu hələlik tanımır”. 

Məsələn , bir müddət bundan öncə iş yerlərindən arayışlarla bağlı da müvafiq sistemlər hazırlanmışdır. Və bu arayışlar Portala qoşulan banklar tərəfindən sənəd olaraq tanınır və qəbul  edilirdi. Amma yaşayış yerindən e-arayışlar üçün bunu demək hələ tezdir.

Osman Gündüz hesab edir ki, bununla bağlı müəyyən hüquqi addımlar atılmalıdır: “Çünki qarşı tərəf bu arayışları tanımalıdır. Düşünürəm ki, bununla bağlı digər dövlət qurumları da təşəbbüs göstərməlidirlər. Öz sistemlərini elektron hökumət portalına qoşmalıdırlar. Adı çəkilən sistemə inteqrasiya olunmalıdırlar . Arayışların standart bir İD nömrəsi var. Əgər qurum təqdim olunan arayşıdakı həmin nömrəni sistemə daxil edərsə bunun həqiqi olduğunu asanlıqla müəyyən edə biləcək. Yəni dövlət qurumları öz sitemlərini elektron hökumət portalına elə qoşmalıdırlar ki, vətəndaşın  təqdim etdiyi arayışı görə bilsinlər”.

Osman Gnüdüz  qeyd edib ki, ümumiyyətllə son dövrlərdə ölkədə elektron hökumət quruculuğunun inkişaf tempi ilə onun hüququi əsaslarının yaradılması arasında uyğunsuzluq var. O, elektron hökumət quruculuğu sahəsində , xüsusilə də inteqrasiya və regional elektron xidmətlərlə bağlı  tənzimləmə məsələlərinə ciddi diqqət yetirilməsinin vacib olduğunu bildirib.  

Dünən "Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış- Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış, yaşayış yeri haqqında, FİN-ə görə fərdi məlumatların axtarışı, diplom haqqında məlumatlar portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib.

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015
Elektron arayışlar nə üçün populyarlaşmır ?

Elektron arayışlar nə üçün populyarlaşmır ?

12-05-2015
Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

23-05-2015
E-arayışlardan istifadə edənlər çoxalır

E-arayışlardan istifadə edənlər çoxalır

28-05-2015
Daha 4 arayış elektron formaya keçirilir

Daha 4 arayış elektron formaya keçirilir

27-04-2015
Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

30-10-2015
Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu

Azərbaycan Beynəlxalq Bankı "Elektron Hökumət" portalına qoşuldu

21-01-2015
Daha bir arayış elektron formada veriləcək

Daha bir arayış elektron formada veriləcək

28-08-2015
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Hansı elektron arayış daha populyardır?

Hansı elektron arayış daha populyardır?

07-10-2015
“Elektron hökumət” portalına “Expressbank” da qoşuldu

“Elektron hökumət” portalına “Expressbank” da qoşuldu

19-03-2015
Yaşayış yeri ilə bağlı  24 mindən çox e-arayış verilib

Yaşayış yeri ilə bağlı 24 mindən çox e-arayış verilib

15-12-2015
Nə vaxtadək kağız arayışların surətlərini harasa təqdim edəcəyik?

Nə vaxtadək kağız arayışların surətlərini harasa təqdim edəcəyik?

27-04-2015
Ən çox hansı e- arayışdan istifadə olunur?-Siyahı

Ən çox hansı e- arayışdan istifadə olunur?-Siyahı

01-08-2017
Elektron arayışlardan istifadə sayı hesablanıb

Elektron arayışlardan istifadə sayı hesablanıb

10-09-2015
Bu arayışlar elektron formada olacaq- Siyahı

Bu arayışlar elektron formada olacaq- Siyahı

31-01-2015
Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015
Yaşayış yeri haqqında elektron arayış alanların sayı artır

Yaşayış yeri haqqında elektron arayış alanların sayı artır

04-08-2015
Portala ən çox hansı məsələ ilə bağlı  müraciət edilib?

Portala ən çox hansı məsələ ilə bağlı müraciət edilib?

10-02-2016
“Dövlət qurumunda olan informasiya vətəndaşdan tələb olunmamalıdır”

“Dövlət qurumunda olan informasiya vətəndaşdan tələb olunmamalıdır”

04-09-2015
Kredit arayışları elektron qəbul ediləcək

Kredit arayışları elektron qəbul ediləcək

01-12-2017
Vətəndaşlar elektron xidmətlərlə bağlı  hansı yenilikləri istəyirlər?

Vətəndaşlar elektron xidmətlərlə bağlı hansı yenilikləri istəyirlər?

27-10-2015
 Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

09-02-2016
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura təkliflər hazırlayıb

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura təkliflər hazırlayıb

03-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə