Previous Next
Bağla

Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

15-11-2019 17:31
Ekspert: Elektron ticarətin inkişafı nə üçün ləngiyir?

“Məlumdur ki 3 il bundan öncə E-ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə və “Elektron ticarət haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Dəyişikliyə görə, xarici onlayn mağazalardan müəyyən məhsulların alışı üçün və qlobal resursların təklif etdiyi onlayn xidmətlər üçün 18% əlavə vergi tətbiq olundu. Elektron pul kisələrindən istifadə üçün də 10% vergi tətbiq olundu. Yəni əgər siz yerli bankın kartı ilə, məsələn, “Google” və “Facebook”dan hansısa xidmət, reklam alırsınızsa və ya “Amazon”dan nəsə kitab alırsınızsa əlavə olaraq 18% vergi də ödəməlisiniz. 

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Osman Gündüz əlavə edib ki, əgər bunu portmanatınızdakı xarici kartla alırsınızsa, onda bunu ödəmirsiniz: “Təbii ki, ondan sonra xarici kart gəzdirənlərin, xarici kartdan alış-veriş edənlərin sayı xeyli artır. Buna görə də hazırda ölkəmizdə bir çoxlarının, bank işçilərinin, istisna etmirəm ki, elə Mərkəzi Bank və MBNP əməkdaşlarının, “Facebook” və “Google”dən sistemli olaraq xidmət alan şirkətlərin və vətəndaşların, SMM və rəqəmsal marketinq xidməti göstərən şirkətlərin hamısında ən azı bir ədəd xarici bank kartı var. Əsasən  də Gürcüstan kartlarına üstünlük verilir”.

“İndi yenidən Vergi Məcəlləsi müzakirəyə çıxarılır. Yeni dəyişikliklər olacaq. Fikrimcə, İqtisadiyyat Nazirliyi, KOBİA elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli və effektiv mexanizmini yaratmalıdırlar. Məsələn, cari ildən Qazaxıstanda qeydiyyatdan keçən e-ticarət qurumları 5 il vergilərdən tam azaddırlar. Bizdə bank sektorunda konservativ mühit yumşaldılmalıdır. 3 ildir hazırlanmaqda olan “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanun nəhayət ki qəbul edilməlidir. Cari ilin sonunada bu qanun üçün Strateji Yol Xəritəsində müəyyən oluna müddət başa çatır. MBNP, İqtisadiyyat Nazirliyi bu sahədə maraqlı tərəflər olduğundan və proses xeyli ləngidiyindən belə qənaətə gəlmək olar ki, Maliyyə Nazirliyi və ya Mərkəzi Bank bu layihənin qəbulunda elə də maraqlı görsənmirlər və rəy verməkdə tələsmirlər”,-deyə O. Gündüz qeyd edib.

Ekspert onu da nəzərə çatdırıb ki, banklar innovativ xidmətlər təklif edə bilmirlər: “Düşünürəm ki, MBNP açıq bank prinsiplərinə üstünlük verməlidir. İzahı olmayan bir vəziyyətdir ki, indiyədək “Bank Respublik”anı çıxmaq şərtilə, heç bir bank APİ servis təklif etmir. Halbuki, Avropada qüvvəyə minən yeni direktivə görə artıq istənilən bank üçün APİ-ın açıq olması məcburidir. Bizdə isə proses elə qurulub ki, hər bir müştəri ancaq və ancaq öz bankına “yapışmalıdır”.

Osman Gündüz sonda bildirib ki, daha bir neçə mərkəzi icra orqanının rəyləri gecikdiyindən KOBİA 11 aydır ki, startaplara vergidən azad olmaq üçün şəhadətnamə verə bilmir.

“İndi Vergi Məcəlləsində növbəti dəyişikliklərin elektron ticarətin inkişafına nə rol oynaya biləcəyini gözləyirik. Ümid edirəm Məcəllədə e-ticarətin inkişafini stimullaşdiran məqamlar nəzərdə tutulacaq. Görəsən, biz yenə də xarici bank kartları ilə xarici banklara xeyir verməkdə davam edəcəyikmi”-O. Gündüz sual edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron ticarət vergiyə cəlb edilir

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016
Elektron ticarətdən vergi tutulacaq

Elektron ticarətdən vergi tutulacaq

10-08-2016
Elektron ticarətə “ƏDV yükü” – yeni qanun niyə gecikir?

Elektron ticarətə “ƏDV yükü” – yeni qanun niyə gecikir?

19-03-2021
E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi

E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi

24-01-2017
Xarici saytlardan mal alanlar vergi ödəyəcək

Xarici saytlardan mal alanlar vergi ödəyəcək

13-09-2018
Xaricdən onlayn  alınan hansı məhsullar vergiyə  cəlb ediləcək?-Rəsmi

Xaricdən onlayn alınan hansı məhsullar vergiyə cəlb ediləcək?-Rəsmi

27-12-2016
Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022
Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019
Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022
E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

02-09-2016
Azərbaycanda e- ticarətlə məşğul olan 186 portal qeydə alınıb

Azərbaycanda e- ticarətlə məşğul olan 186 portal qeydə alınıb

05-10-2016
ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

ADB ilə elektron ticarətin vergiyə cəlb edilməsi müzakirə edilib

18-02-2026
Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022
İnternet ticarətdə vergi nəzarətini gücləndirir

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010
Dünya elektron ticarət dönəmi: Biz bu prosesə niyə gecikirik?

Dünya elektron ticarət dönəmi: Biz bu prosesə niyə gecikirik?

13-02-2019
Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

20-10-2017
Onlayn alış-verişin fəsadları və müştərilərə qurulan tələlər

Onlayn alış-verişin fəsadları və müştərilərə qurulan tələlər

29-05-2019
Böhran şəraitində elektron ticarətin taleyi  necə olacaq?- Şərh

Böhran şəraitində elektron ticarətin taleyi necə olacaq?- Şərh

23-12-2015
Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

01-03-2024
Milli internet-mağazalar rəqabətə dözmür

Milli internet-mağazalar rəqabətə dözmür

26-01-2015
Azərbaycanda bankların proqram təminatı yenilənir

Azərbaycanda bankların proqram təminatı yenilənir

12-01-2017
Ekspert: Azərbaycan e-ticarətin inkişafı sahəsində geriləyib

Ekspert: Azərbaycan e-ticarətin inkişafı sahəsində geriləyib

19-02-2021
Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019
Azərbaycanın daha bir bankı e-imza xidmətini aktivləşdirəcək

Azərbaycanın daha bir bankı e-imza xidmətini aktivləşdirəcək

21-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə