Previous Next
Bağla

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019 15:49
Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası rəqəmsal ödənişlər bazarına yeni oyunçuların daxil olmasında maraqlıdırmı ?

Nə üçün bizdə e-pul, mobil pul kisəsi, ani ödəniş, NFC, QR Kod və s. bu kimi ödəniş məhsulları və texnologiyalar tətbiq edilmir ?

Xeberler.az bildirir ki, dünən keçirilən toplantıda Prezident nağdsız ödənişlərin aşağı səviyyədə olmasına diqqət çəkib. Bu sahədə ciddi addımların atılmasının vacibliyini qeyd edib. Nağdsız hesablaşmaların aşağı səviyyədə olmasının səbəblərini Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər aidiyyatı qurumlar çox gözəl bilir.

Məsləyə İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib. Onun sözlərinə görə, əsas problemlər ölkədə konservativ maliyyə-bank siyasəti ilə bağlıdır. Ekspert bildirib ki, bu gün rastlaşdığı situasiya onu nağd əməliyyat aparmağa vadar edib.  Günay Sığorta şirkətinin xidməti üçün kartla ödəniş etmək istəyib, lakin bildirilib ki, kartla ödəndikdə kartın aid olduğu bankın tələbinə görə 3% əlavə rüsum tutulacaq. Bu kimi problemlər əksər xidmət sahələrində var. Bütün bu rüsumları da banklar müəyyən edib.

Dünya təcrübəsi göstərir ki nağdsız hesablaşmanı artırmaq üçün stimullaşdrıma, həvəsləndirmə çox vacibdir. Bu sahədə bir sıra addımlar atılsa da yetərli deyil. Bəzən isə bunun tam əksini görürük. Məsələn, tutaq ki sizin bankdakı VÖİN hesabınıza vəsait daxil olub. Təbii ki siz bu vəsaiti banka getmədən kart hesanıbıza köçürüb nağdsız istifadə etmək istəyəcəksiniz. Təsəvvür edin ki indiki halda bu mümkünsüzdür. Mövcud tənzimləmə bu vəsaiti mütləq şəkildə nağdlaşdırmağa məcbur edir. Bunun üçün siz gərək mütləq banka gedəsiniz ,vəsaiti nağdlaşdırasınız və sonra da istəsəniz karta köçürmə edəsiniz. İzahı olmayan vəziyyətdir. Səbəb isə nağdlaşdırma ilə bağlı 1%-lik verginin mövcud olmasıdır.

Bütün əksər qonşu ölkələrdə mobil telefon vasitəsilə təmassız ödəməni nəzərdə tutan NFC texnologiyası tətbiq olunur. Nağdsız ödənişləri stimullaşdıran, təşviq edən ən maraqlı texnoloji həllərdən biridir. Xüsusilə də bizdə telefondan istifadəyə maraq çox yüksəkdir. Lakin indiyədək də bizdə tətbiq olunmur. Mobil operatorlar nə qədər buna cəhd etsələr də konservativ bank siyasətimiz hələlik buna imkan yaratmayıb.
Bunun tətbiqi bizdə nağdsız ödənişlərdə çox böyük dəyişiklik yarada bilərdi.

Ekspert düşünür ki, ödənişlər üçün QR kod texnologiyasından istifadəyə imkan yaradılmalı, həmçinin kartların özündə təmassız ödənişlər üçün imkanlar yaradılmalı və təmassız ödənişə imkan verən xidmətlərin sayı artırılmalıdır. Avtobusda və ya digər sahələrdə kartı sadəcə hansısa qurğuya yaxınlaşdırmaqla gediş haqqı və ya digər xidmətin haqqını ödəmək bir çox ölkələrdə tətbiq olunur.

2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı qəbul edilib. Lakin bu sahədə işlər çox ləng gedir. Mərkəzi Bank, Maliyyə Bazarına Nəzarət Palatası və digər qurumlar bu istiqamətdə , yeni maliyyə texnologiyalarının və İT-nin tətbiqi sahəsində tez –tez müzakirələr aparsalar da proses sürətlənmir. Rəqəmsal bankçılıq, rəqəmsal ödəniş infrastruktu və rəqəmsal ödəniş texnologiyalarının tətbiq sahəsində vəziyyəti yaxşı hesab etmək olmaz.

İndiyədək ödəniş xidmətləri ilə bağlı Qaydaların qəbul edilməməsinin bir izahı ola bilər ki, Mərkəzi Bank liberallaşmaya, bazara yeni oyunçuların, bank olmayan oyunçuların, FinTex-lərin daxil olmasına elə də maraqlı deyil. ASAN Pay İlə bağlı məsələdə bu çox aydın şəkildə göstərilmişdi.  Bank olmayan ödəniş xidməti qurumlarına qarşı qısqanclıq duyulur.

Osman Gündüz son olaraq qeyd edib ki, müşahidələr göstərir ki, elektron pul, mobil pul kisəsi, ani ödəniş kimi ödəniş məhsulların tətbiqi sahəsində çox ləngiyirik, hətta qonşu ölkələrdən geri qalırıq. Bəlkə də azsaylı ölkələrdən biriyik ki, biz mobil operatorlarımızı maliyyə-bank sektorunun, rəqəmsal ödənişlər sektorunun iştirakçısına çevirə bilməmişik. Ekspert ümid edir ki, maliyyə-bank sektoru üzrə əsas söz sahibləri - Mərkəzi Bank və Maliyyə Bazarına Nəzarət Palatası Prezidentin çıxışında deyilənlərdən nəticə çıxaracaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019
Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

Ekspert: Çoxları maraqlanır ki, Google Pay istifadəçiyə hansı üstünlüyü qazandıracaq ?

23-08-2022
Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020
Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir

Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir

13-10-2023
Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022
Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

29-12-2025
Mərkəzi Bank: AzQR biznesin xərclərini ciddi azaldacaq

Mərkəzi Bank: AzQR biznesin xərclərini ciddi azaldacaq

19-11-2025
Ödəniş kartlarının istifadəsində dəyişiklik olunacaq

Ödəniş kartlarının istifadəsində dəyişiklik olunacaq

11-09-2019
Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013
Mastercard jurnalistlər üçün seminar keçirib

Mastercard jurnalistlər üçün seminar keçirib

05-11-2019
Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

Mərkəzi Bank: Ölkədə nağdsız ödənişlərin təhlükəsizliyilə bağlı ciddi problem yoxdur

14-06-2023
Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

25-12-2025
Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022
“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu

“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu

06-06-2024
Expressbank yeni elektron pul kisəsini təqdim edib

Expressbank yeni elektron pul kisəsini təqdim edib

08-10-2015
Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği artıb

12-03-2026
Azercell rəqəmsal kartının növbəli aktivasiyasına start verdi!

Azercell rəqəmsal kartının növbəli aktivasiyasına start verdi!

21-09-2022
Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021
ANİpay ilə yeni istifadəçilərin qeydiyyatı müvəqqəti dayandırılıb

ANİpay ilə yeni istifadəçilərin qeydiyyatı müvəqqəti dayandırılıb

23-06-2025
2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

13-06-2023
Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

09-06-2026
Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025
"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023
Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə