Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş elmi sessiya keçirilib.
Xeberler.az məlumat verir ki, elmi sessiya Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri professor Ramin Rzayev tərəfindən “Süni intellekt: cari vəziyyəti və gələcəkdə istifadəsindən sinergetik effekt” mövzusunda aparılıb.
Ramin Rzayev çıxışında süni intellektin qlobal iqtisadiyyatın inkişafına təsir imkanlarından və sahib olduğu böyük potensialdan söz açıb. Bildirib ki, süni intellekt “Internet of Things”, “Big Data Analytics” və ya “Blockchain” kimi əsas texnologiyalarla birləşdirildikdə iqtisadi inkişafın əsasına çevrilə, bununla da rəqabət qabiliyyəti təmin edilə, yüksək texnologiyalı iş yerləri yaradıla bilər.
Məruzəçi süni intellekt texnologiyalarının rəqəmsal iqtisadiyyata perspektiv təsirinin öyrənilməsinin vacib və aktual olduğunu vurğulayıb. O qeyd edib ki, süni intellekt insanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyir, enerji resurslarından istifadənin səmərəliliyini artırır, büdcə vəsaitlərinə qənaət edir. Professor süni intellekt sahəsində fundamental tətbiqi tədqiqatların aparılması, yüksəkixtisaslı elmi kadrların və mütəxəssislərin hazırlanması, yeni təhsil proqramlarının yaradılması, süni intellekt texnologiyalarının inkişafını dəstəkləyən qanunların, standartların və etik qaydaların işlənməsi və tətbiqinin zəruri olduğunu qeyd edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri