Previous Next
Bağla

BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

12-03-2025 19:33
BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş elmi sessiya keçirilib.

Xeberler.az məlumat verir ki, elmi sessiya Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri professor Ramin Rzayev tərəfindən “Süni intellekt: cari vəziyyəti və gələcəkdə istifadəsindən sinergetik effekt” mövzusunda aparılıb.

Ramin Rzayev çıxışında süni intellektin qlobal iqtisadiyyatın inkişafına təsir imkanlarından və sahib olduğu böyük potensialdan söz açıb. Bildirib ki, süni intellekt “Internet of Things”, “Big Data Analytics” və ya “Blockchain” kimi əsas texnologiyalarla birləşdirildikdə iqtisadi inkişafın əsasına çevrilə, bununla da rəqabət qabiliyyəti təmin edilə, yüksək texnologiyalı iş yerləri yaradıla bilər.

Məruzəçi süni intellekt texnologiyalarının rəqəmsal iqtisadiyyata perspektiv təsirinin öyrənilməsinin vacib və aktual olduğunu vurğulayıb. O qeyd edib ki, süni intellekt insanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyir, enerji resurslarından istifadənin səmərəliliyini artırır, büdcə vəsaitlərinə qənaət edir. Professor süni intellekt sahəsində fundamental tətbiqi tədqiqatların aparılması, yüksəkixtisaslı elmi kadrların və mütəxəssislərin hazırlanması, yeni təhsil proqramlarının yaradılması, süni intellekt texnologiyalarının inkişafını dəstəkləyən qanunların, standartların və etik qaydaların işlənməsi və tətbiqinin zəruri olduğunu qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025

Azərbaycanlı alimlərin süni intellekt tədqiqatı yüksək qiymətləndirilib

13-12-2025

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt müzakirə olunub

17-02-2025

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

08-12-2025

“COP29 çərçivəsində elmin davamlı inkişafı üçün süni intellekt” adlı tədbir keçirilib

01-11-2024

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025

Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq

09-02-2025

Süni intellekt və müasir pedaqoji yanaşmalar mövzusunda görüş keçirilib

02-05-2025

Elçin Babayev: BDU-da Süni intellekt etikası kafedrası yaradılıb

16-10-2025

“İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” konfransı keçiriləcək

01-12-2025

“Filologiya və süni intellekt: sözün yeni erası” adlı ustad dərsi keçirilib

18-04-2025

Süni intellektlə bağlı xüsusi standartlar hazırlanır

08-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə