“Sosial işin idarə edilməsi” altsistemi yaradılır

12-03-2025 / 19:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial işin idarə edilməsi” altsisteminin yaradılması işləri aparılır.

Xeberler.az bildirir ki, bu e-sistem çətin həyat şəraitində olan və ya bu vəziyyətə düşmə riski olan şəxslərə (ailələrə) yönəlmiş sosial işin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsinə imkan verəcək.

“Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə sosial işçilər və aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsi təmin olunacaq, sosial xidmətlər üçün müraciətlərin qəbulu, emalı və qiymətləndirilməsi rəqəmsal mühitdə aparılacaq.

Beləliklə, bu altsistem sosial iş sahəsi ilə bağlı aidiyyəti qurumlar arasında e-sistem vasitəsilə koordinasiyanın güclənməsinə və sosial xidmətlərin daha çevik təşkilinə şərait yaradacaq.

Eyni zamanda, qiymətləndirmə və fərdi sosial iş planlarının hazırlanması, müraciətlərin və sosial halların qiymətləndirilməsinin e-qaydada icra olunması, altsistemin gələcəkdə funksionallığının genişləndirilməsi də nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə