“COP29 çərçivəsində elmin davamlı inkişafı üçün süni intellekt” adlı tədbir keçirilib

01-11-2024 / 19:38

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “Global researche” layihəsinin multidisiplinar məsləhətçisi Suma Hüseynovanın təşəbbüsü, Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin təşkilatçılığı ilə “COP29 çərçivəsində elmin davamlı inkişafi üçün süni intellekt” mövzusunda tədbir keçirilib.

Xeberler.az bildirir ki, elmi müəssisənin baş direktoru akademik Arif Həşimov təbiətin qorunmasının aktual məsələlərdən olduğunu söyləyib. Arif Həşimov keçən əsrin ortalarında ilk dəfə olaraq akademik Həsən Əliyevin iqlim dəyişikliyi, qlobal istilik haqqında məlumat verdiyini vurğulayıb. O, iqlim dəyişikliklərinin elmi cəhətdən əsaslandırılmasından, bu sahədə Nobel mükafatı qazanmış alimlərdən də söz açıb. Alim, həmçinin COP29-un ölkəmiz və cəmiyyət üçün vacibliyindən danışıb.

Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın “Dayanıqlı inkişaf məsələlərində süni intellektin rolu” mövzusunda məruzəsi dinlənilib. Sonra elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli süni intellekt barədə fikirlərini bölüşüb.

Videobağlantı vasitəsilə tədbirə qoşulan xarici alimlər tədbirin mövzusu ilə bağlı fikir mübadiləsi aparıblar.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə