Previous Next
Bağla

Çində nəhəng İnnovasiya Mərkəzi yaradılıb

12-03-2025 16:01
Çində nəhəng İnnovasiya Mərkəzi yaradılıb

Çində yüksək texnologiyalı qeyri-dağıdıcı nəzarət üzrə İnnovasiya Mərkəzi yaradılıb. Onun məqsədi ölkənin ağıllı istehsal sektorunu dəstəkləmək üçün intellektual sınaq texnologiyalarını təşviq etməkdir.

Xeberler.az məlumat verir ki, Çin Xalq Respublikasının Dövlət Bazar Tənzimlənməsi Administrasiyası nəzdində İnnovasiya Mərkəzi bu ölkənin Aerokosmik Elm və Sənaye Korporasiyasının Müdafiə Texnologiyaları Tədqiqat və Sınaq Mərkəzinin dəstəyi ilə yaradılıb. O, yüksək texnoloji avadanlıqların qeyri-dağıdıcı sınaqdan keçirilməsi sahəsində texnologiyaların tədqiqi üzrə ixtisaslaşıb.

“People's Daily” qəzetinin xəbərinə görə, Mərkəz bu sahədə istehsal, təhsil və tədqiqatların inteqrasiyası üçün platforma rolunu oynayacaq.

Çinin Müdafiə Texnologiyaları Tədqiqat və Sınaq Mərkəzinin direktoru və İnnovasiya Mərkəzi İdarə Heyətinin sədri Li Honqmin qeyd edib: “Aerokosmik məhsullar, nüvə enerjisi avadanlığı və irimiqyaslı körpü strukturları kimi müasir yüksək texnoloji avadanlıqların sürətli inkişafı ilə yeni materialların, proseslərin və ağıllı istehsalın tətbiqi monitorinq və ölçmə ilə bağlı bir sıra problemlərin yaranmasına səbəb olur. İnnovasiya Mərkəzi qabaqcıl qeyri-dağıdıcı sınaq texnologiyalarının inkişafı və onların intellekt, informasiyalaşdırma və standartlaşdırma səviyyəsinin artırılması ilə məşğul olacaq”.

İnnovasiya Mərkəzi 46 aparıcı təhsil müəssisəsini bir araya gətirir. Onların arasında olan Harbin Texnologiya İnstitutu və Çin Xüsusi Avadanlıqların Sınaq və Tədqiqat İnstitutu texnoloji nailiyyətlərə nail olmaq və sənaye standartlarını yüksəltmək üçün birgə ittifaq yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Türkiyə ilə birgə tədqiqat-araşdırma mərkəzi yaradır

22-09-2021

"Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

17-12-2025

İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

22-11-2024

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı

20-11-2017

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilib

12-10-2021

Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

28-11-2018

Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb

18-09-2025

Texnoparkların idarə olunması ilə bağlı elmi seminar keçirilib

30-03-2016

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

TDT-nın Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçirilir

24-10-2025

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İKT LAB ilə əməkdaşlıq imkanlarını genişləndirir

19-11-2018

Azərbaycanda Milli İnnovasiya Mərkəzi yaradılacaq

03-04-2015

AzTU-da yeni kafedra və şöbələr yaradıldı

27-11-2020

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platforması yaradılacaq

24-10-2025

İKT məlumat günü keçirilib

16-11-2014

Gələn il Azərbaycanın 3 regionunda İnnovasiya Mərkəzi fəaliyyətə başlayacaq

01-12-2023

“Milli Nüvə Tədqiqatları Mərkəzi”nə yeni ləğvedici təyin olunub

28-03-2022

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

Daşkənddə Türk Elm və İnnovasiya Günləri keçiriləcək

15-05-2026

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə