BDU əməkdaşları “Huawei”in 5G təlimlərində iştirak edirlər

11-03-2025 / 21:37

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları “Huawei” şirkəti tərəfindən təşkil edilmiş 5G təlimlərində iştirak edirlər.

Xeberler.az məlumat verir ki, bu təlimlər universitetin müvafiq ixtisas sahələrində çalışan mütəxəssislərə müasir texnologiya və innovasiyalar sahəsində geniş biliklər qazandırmağı hədəfləyir.

Təlimlərin məqsədi 5G şəbəkələrinin qurulması və idarə edilməsi, eləcə də bu texnologiyanın gələcək inkişafı ilə bağlı nəzəri və praktiki biliklərin müasir tələblərə uyğun şəkildə verilməsidir. Təlimlərdə iştirak edən əməkdaşlar 5G texnologiyalarının universitetdə tədris olunan ixtisaslar üzrə tətbiqinə dair yeni yanaşmalar da təklif edəcəklər.

Bu layihə BDU və “Huawei” arasında birgə əməkdaşlığın inkişafı, universitetin tədris və tədqiqat sahələrində müasir texnologiyaları tətbiq etməsi istiqamətində əhəmiyyətli bir addımdır. Gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi, daha çox təlim və layihələrin reallaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən təlimlərin təşkil və koordinasiyasını BDU-nun Keyfiyyət Təminatı Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi həyata keçirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə