BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

14-02-2025 / 19:33

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin təşkil etdiyi “BoostCamp 8.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrasının müdiri Cabir Məmmədov layihənin icrasını tələbələrin qazandığı biliklərin möhkəmləndirilməsi və əmək bazarının tələblərinə yönələn bacarıqlarının təkmilləşdirilməsi baxımından uğurlu ənənə adlandırıb. Bildirib ki, müasir təhsil sistemində tədrislə təcrübənin eyni vaxtda bir arada olması, habelə müxtəlif müsabiqə və layihələrin həyata keçirilməsi tələbələrin əmək bazarına peşəkar kadr kimi hazırlanmasında mühüm rol oynayır.

Sonra layihənin mentoru və komanda rəhbəri Hüseyn Şərifzadə hər il ənənəvi olaraq keçirilən “BoostCamp” layihəsi haqqında geniş təqdimatla çıxış edib. O, 2017-2025-ci illərdə layihə üzrə görülən işlərin statistikasını açıqlayaraq indiyədək 310-dan çox tələbənin bu layihədə özünü reallaşdırdığını, 41 sahə üzrə tədris aparıldığını, 50-dən çox seminarın keçirildiyini deyib. Layihəyə tələbələr arasında artan maraqdan danışan H.Şərifzadə qeyd edib ki, bu il təkcə IT üzrə deyil, həm də liderlik, karyera inkişafı, təhsil, iş dünyası, mühəndislik və s. mövzularda müzakirələr aparılıb, ayrı-ayrı sahələrin mütəxəssisləri ilə görüşlər təşkil olunub.

Tədbirdə digər çıxış edənlər də tələbələrin potensialını açan, texniki bacarıqlarını inkişaf etdirən bu layihə ilə bağlı fikirlərini bildirib və təkliflərini səsləndiriblər.

Sonra mentorlar tələbələrin hazırladığı layihələr haqqında məlumat verib. Bildirilib ki, layihəyə əsasən informasiya texnologiyaları, elektrik və elektronika ilə əlaqəli ixtisasların I, II kurs tələbələri qatılıb.

Ardınca “Bina və lift”, “Robot qol”, “Avtomatik parkinq sistemi”, “Açılan körpü”, “Əl hərəkətləri ilə idarə olunan maşın” adlı layihələr nümayiş etdirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə