Previous Next
Bağla

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025 20:06
BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları “Huawei” şirkəti tərəfindən təşkil olunan beynəlxalq onlayn təlim proqramını uğurla başa vurublar.

Xeberler.az məlumat verir ki, təlim çərçivəsində iştirakçılar süni intellekt sahəsində HCIA-AI (Huawei Certified ICT Associate – Artificial Intelligence) üzrə intensiv hazırlıq keçib və bu sahədə rəsmi beynəlxalq sertifikata layiq görülüblər.

HCIA-AI təlim kursu iştirakçılara maşın öyrənməsi və dərin öyrənmə alqoritmlərinə əsaslanan süni intellekt həllərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqi sahəsində nəzəri biliklər və praktiki bacarıqlar qazandırıb. Bu təşəbbüs BDU-da müasir texnologiyaların təhsil mühitinə inteqrasiyası və aparıcı texnologiya şirkətləri ilə davamlı və strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.

Təlimlər nəticəsində əldə olunmuş bilik və bacarıqlar universitetdə süni intellektin tətbiqi ilə bağlı yeni yanaşmaların formalaşmasına, innovativ tədris modellərinin yaradılmasına və rəqəmsal transformasiyanın sürətləndirilməsinə töhfə verəcək. BDU-nun beynəlxalq əməkdaşlıq və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində atdığı bu addım universitetin rəqəmsal gələcəyinin formalaşmasına xidmət edir.

Proqramın koordinasiyası BDU-nun Keyfiyyət Təminatı Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən təmin olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BDU əməkdaşları “Huawei”in 5G təlimlərində iştirak edirlər

11-03-2025

“Huawei” BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

17-07-2025

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025

BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

07-03-2025

BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025

BDU tələbələri üçün süni intellekt təlimi keçiriləcək

01-10-2025

BDU-da iki elektron tədris auditoriyası istifadəyə verilib

17-09-2024

BDU-da “Data Science” təlimlərinə başlanılıb

11-12-2024

BDU-nun komandası "TEKNOFEST-2025"in qalibi olub

22-09-2025

BDU tələbələri “Bayraktar Teknoloji Azerbaycan”da təcrübə keçəcəklər

09-01-2025

BDU-da Yüksək Texnologiyalar Mərkəzi fəaliyyət göstərəcək

01-09-2016

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025

Nazir “Huawei Enterprise Business Group”un prezidenti ilə görüşüb

30-10-2025

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

22-08-2025

BDU-nun Tədris Elektron Mərkəzinin açılışı olub

25-11-2010

BDU tələbələri İsraildə keçirilən “AI Sprint” hakatonunda iştirak ediblər

14-11-2025

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025

BDU-da kibergigiyena və onlayn təhlükələrdən qorunmanın yolları araşdırılıb

15-03-2025

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə