Previous Next
Bağla

BDU tələbələri İsraildə keçirilən “AI Sprint” hakatonunda iştirak ediblər

14-11-2025 16:40
BDU tələbələri İsraildə keçirilən “AI Sprint” hakatonunda iştirak ediblər

Bakı Dövlət Universitetinin (BDU) ikili diplom proqramı çərçivəsində İsrailin Holon Texnologiya İnstitutunda (HIT) təhsil alan tələbələri Bəxtiyar Novruzov, Namiq Abdullayev və Əli Vəliyev israilli tələbələrlə birlikdə “AI Sprint” hakatonunda iştirak ediblər.

Xeberler.az bildirir ki, hakatonun əsas mövzuları “Zamanın idarə edilməsi”, “Kampusda sosial həyat”, “Effektiv və səmərəli öyrənmə” olub. Bu mövzular əsasında komandaya tələbələrin universitet daxilində həm akademik fəaliyyətlərini, həm də sosial həyatlarını yaxşılaşdırmağa yönəlmiş innovativ bir veb platforma hazırlamaq tapşırığı verilib.

BDU tələbələrinin həmmüəllifliyi ilə layihə “React Native” platformasında hazırlanıb və Münsiflər heyətinə təqdim edilib. Hazırlanmış sistem tələbələrin dərs öyrənmə prosesini daha effektiv və səmərəli təşkil etməsinə, kampusdakı sosial imkanlara daha rahat şəkildə qoşulmasına xidmət edib. Yüksək dəyərləndirilən layihə hakatonda II yerə layiq görülüb, komanda üzvlərinin hər biri 750 NIS (yeni İsrail şekeli) məbləğində mükafatla təltif edilib.

Hakatonda iştirak tələbələrə yalnız texniki bacarıqlar deyil, beynəlxalq komanda ilə əməkdaşlıq, dizayn düşüncəsi və sürətli prototipləşdirmə üzrə də əhəmiyyətli təcrübə qazandırıb.

Qeyd edək ki, BDU və Holon Texnologiya İnstitutunun kompüter elmləri ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının icrasına 2020/2021-ci tədris ilinin yaz semestrindən başlanılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BDU tələbələri "FICS 2025" startap müsabiqəsinin qalibi olub

29-05-2025

BDU 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

29-09-2025

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025

BANM komandası “Teens in AI IWD Azerbaijan’25” hakatonunda ll olub

03-04-2025

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025

BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

19-04-2020

BDU tələbələri “Bayraktar Teknoloji Azerbaycan”da təcrübə keçəcəklər

09-01-2025

BDU əməkdaşları “Huawei”in 5G təlimlərində iştirak edirlər

11-03-2025

BDU-nun “ESST-6” komandası “TEKNOFEST-2024”də III yeri tutub

26-09-2024

BDU-nun Tədris Elektron Mərkəzinin açılışı olub

25-11-2010

BDU tələbələrinin layihəsi “TEKNOFEST”in finalına vəsiqə qazanıb

11-04-2025

Qərb Universitetindən üçlü diplom-Layihə

15-02-2018

"SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb

23-09-2025

Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib

03-07-2025

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

BMU tələbələri “INNOSTART” hakatonunun qalib olub

08-04-2025

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə

16-08-2023

BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

07-03-2025

BDU-nun tədqiqatçıları “Texnologiyaların transferi” proqramında qalib olub

21-07-2025

BDU tələbələri üçün süni intellekt təlimi keçiriləcək

01-10-2025

BDU komandası Çində keçirilən startap yarışmasının qalibidir

03-11-2024

Bakı Dövlət Universitetində virtual universitet yaradılır

10-04-2009

BDU-nun startap fəaliyyəti ilə məşğul olan tələbələri üçün yeni imkan

23-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə