Previous Next
Bağla

BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

19-04-2020 19:11
BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

Koronovirus (COVİD-19) pandemiyası səbəbilə Bakı Dövlət Universitetində (BDU) 2020-ci il 1 aprel tarixindən aktiv formada təşkil edilən onlayn (məsafədən) dərslər uğurla davam etdirilir. 2020-ci il 10 aprel tarixindən etibarən akademik borcu olan tələbələr kredit borcu formalaşmış fənlər üzrə, normativ təhsil müddətində ali təhsil müəssisəsini bitirə bilməyən tələbələr, 2019/2020-ci tədris ilinin yaz semestrində BDU-da bir ixtisasdan digərinə köçürülən 100-dən artıq tələbə məsafədən təşkil edilmiş dərslərə qoşulub. Dərslərin keyfiyyəti və dərslərə könüllü qoşulan tələbələrin sayında hər gün artım müşahidə edilir.

Xeberler.az bildirir ki, hazırda Universitetin bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 16 minə yaxın istifadəçi Microsoft Teams platformasından aktiv şəkildə yararlanır. Gündəlik dərslərin sayı orta hesabla 1500, istifadəçilərin sayı isə 10 000-dən çoxdur. 16 fakültə üzrə 1500-ə yaxın müəllim bu platformadan istifadə edir.

Microsoft Teams vasitəsilə videokonfrans yaratmaqla mühazirələr təşkil olunur, ev tapşırıqları verilir, sillabus, mühazirə və digər elektron dərs materiallarının tələbələrə ötürülməsi təmin edilir. Fərdi və ya qrup şəklində onlayn müəllim-tələbə ünsiyyəti keçirilən materialların daha dərindən mənimsənilməsinə imkan yaradır.

Platformanın verdiyi geniş imkanlardan istifadə edərək müvafiq kafedra əməkdaşları arasında onlayn müzakirələr və dərslərin fənn proqramlarını əhatə etməsinə nəzarət həyata keçirilir. Eyni zamanda 2020/2021-ci tədris ilində məzun olacaq tələbələrə Yekun Dövlət İmtahanı üçün ayrılan sualların izah edilməsi, bakalavr və magistr dissertasiyaları ilə bağlı elmi məsləhətləşmələrin aparılması davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020

BDU-da onlayn imtahan sessiyası uğurla davam edir

12-06-2020

Bakı Xoreoqrafiya Akademiyasında dərslər onlayn şəkildə davam etdirilir

16-03-2020

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

03-09-2020

BDU-da elmi fəaliyyət onlayn formada davam etdirilir

16-04-2020

Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

30-09-2020

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026

WUF13-lə əlaqədar bəzi məktəblərdə tədris distant təşkil edilir

18-05-2026

Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib

29-07-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

BDU-nun Tədris Elektron Mərkəzinin açılışı olub

25-11-2010

Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib

31-03-2020

Növbəti tədris ili ilə bağlı Təhsil İnstitu təkliflər təqdim edib

14-08-2020

Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

03-11-2022

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

UNEC-də elmi fəaliyyət və kitabxana işi onlayn şəkildə davam etdirilir

10-04-2020

BDU-da Yüksək Texnologiyalar Mərkəzi fəaliyyət göstərəcək

01-09-2016

AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində dəstək göstərir

08-04-2021

Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir

15-05-2020

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

BDU tələbələri İsraildə keçirilən “AI Sprint” hakatonunda iştirak ediblər

14-11-2025

Tələbə kreditinə müraciətlərin qəbuluna başlanılır

15-07-2022

GoldenPay şirkətinin maliyə göstəriciləri açıqlandı!

20-04-2022

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə