Previous Next
Bağla

BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

07-03-2025 17:37
BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və “Codelandia” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Xeberler.az məlumat verir ki, mərasimdə çıxış edən rektor Elçin Babayev BDU-nun 5 əsas prioritetindən birinin kompüter elmləri və riyaziyyat olduğunu deyib. O bildirib ki, BDU-nun çox güclü riyaziyyat məktəbi, tətbiqi riyaziyyat və kibernetika istiqamətində böyük uğurları var. Digər tərəfdən, kompüter elmlərinin öyrənilməsi, innovasiyayönümlü layihələrin həyata keçirilməsi günün tələbidir. Rektor bu baxımdan “Codelandia” MMC ilə birgə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib: “Codelandia” ilə birgə BDU-da informasiya texnologiyaları üzrə ustad dərsləri, simulyasiyalar, olimpiadalar, konfranslar keçirilə, kibertəhlükəsizlik sahəsində təlimlər təşkil oluna bilər”.

“Codelandia” MMC-nin direktoru Günel Cənnətova rəhbərlik etdiyi qurumun ölkəmizin innovativyönümlü tədris bazarında özünəməxsus yeri olduğunu qeyd edib. Direktor diqqətə çatdırıb ki, həm ölkə daxilində, həm də dünyanın texnologiya liderləri ilə qurulan tərəfdaşlıqlar əsasında yüksəksəviyyəli tədris və təcrübə proqramı formalaşdırmağa nail olunub. O, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt sahələrində BDU ilə birgə əməkdaşlığın ölkədə bu sahədə mütəxəssis hazırlığına mühüm töhfə verəcəyini bildirib.

Qeyd edək ki, memoranduma əsasən, tərəflər kibertəhlükəsizlik, süni intellekt, informasiya texnologiyaları, data analitika və digər sahələrdə birgə tədqiqatlar və layihələr həyata keçirəcək. Tədris proqramlarının yenilənməsi və təkmilləşdirilməsi, yeni ixtisaslar və ixtisasartırma proqramları üzrə müasir təhsil metodlarının tətbiqi, texnologiya üzrə birgə beynəlxalq və regional elmi konfransların, elmi-texniki sahələrdə mütəxəssis hazırlığı üzrə kursların və peşəkar inkişaf proqramlarının təşkili edilməsi, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin yaradılması da memorandumda əks olunub.

Xatırladaq ki, memorandumu BDU rektoru Elçin Babayev və “Codelandia” MMC-nin direktoru Günel Cənnətova imzalayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025

BDU-da kibergigiyena və onlayn təhlükələrdən qorunmanın yolları araşdırılıb

15-03-2025

Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir

16-10-2025

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

19-02-2025

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

BDU əməkdaşları “Huawei”in 5G təlimlərində iştirak edirlər

11-03-2025

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025

BDU-da iki elektron tədris auditoriyası istifadəyə verilib

17-09-2024

Elçin Babayev: BDU-da Süni intellekt etikası kafedrası yaradılıb

16-10-2025

"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu" imzalanıb

27-04-2023

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

05-03-2026

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025

BDU-nun Tədris Elektron Mərkəzinin açılışı olub

25-11-2010

EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11-01-2019

BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə