Previous Next
Bağla

"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu" imzalanıb

27-04-2023 16:55
"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu" imzalanıb

STEAM İnnovasiya Mərkəzində "Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu"nun imzalanması mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, nazirliyə tabe institutların rəhbərləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Emin Əmrullayev çıxış edərək bildirib ki, universitet və elmi tədqiqat institutları əlaqəli şəkildə fəaliyyət göstərmir.

O bildirib ki, vaxtı ilə bu təhsil müəssisələrinə tədqiqatlar üçün bəlli maliyyə ayrılırdı:

"İndi universitetin strukturu elmi tədqiqat aparmağa imkan vermir. Onlar daha çox tələbə cəlb etməyə istiqamətlənib. Həmçinin ali təhsil müəssisələrində tədqiqatların maliyyələşdirilməsi mexanizmi yoxdur. Elə bir kombinasiya yaratmalıyıq ki, universitetlərin tədqiqat institutları ilə birgə əməkdaşlığı ilə elmi tədqiqatlar yaradılsın. Bəzi təhsili müəssisələrini elmi tədqiqat institutlarına birləşdirməyi düzgün hesab etmirik. Bugünkü layihənin ilkin nəticəsini iyulun 7-də görəcəyik. Sentyabr ayından isə tədqiqat institutlarına maliyyə yönləndirəcəyik".

BDU-nun rektoru Elçin Babayev isə qeyd edib ki, BDU tədqiqat institutu adı almaq üçün iddialıdır:

"Bunun üçün imkanlar və real nəticələr var. Hətta elmi tədqiqatlardan gəlir əldə etməyə başlayıb".

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin sözlərinə görə, alimlərə elə vəsait ayırılmalıdır ki, onlar sadəcə elmi tədqiqatlar yönəlsinlər:

"Dünyanın nüfuzlu elmi jurnallarında məqalə çap etdirmək çox çətindir. Məsələn, bizim iki il əvvəl bir məqaləmiz var idi. Göndərdik ki, çap etsinlər. Bütün instansiyalardan keçsə də, sonda 1400 İsveçrə frankı pul istədilər. Biz də qaytardıq. Başqa yerdə dərc etdirdik".

Çıxışlardan sonra memorandum imzalanıb.

Sənədi Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, Akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev imzalayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq

Nanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq

17-02-2023
Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024
Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024
Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcək

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcək

23-09-2019
BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025
BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

19-02-2025
Ekspert: Elmi institutların taleyi necə olacaq?

Ekspert: Elmi institutların taleyi necə olacaq?

29-07-2022
BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025
BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi açılıb

BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi açılıb

25-06-2022
TWAS müstəqil beynəlxalq təşkilatı gənc alimlərə qrant elmi-tədqiqat proqramını təklif edir

TWAS müstəqil beynəlxalq təşkilatı gənc alimlərə qrant elmi-tədqiqat proqramını təklif edir

21-05-2009
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025
BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025
BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

07-03-2025
BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025
Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022
İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026
Universitetlərdə texnoparkların yaradılması davam edir

Universitetlərdə texnoparkların yaradılması davam edir

01-02-2016
AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

18-06-2026
NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025
AzTU “SciVal” elmi-analitik platformasına çıxış əldə edib

AzTU “SciVal” elmi-analitik platformasına çıxış əldə edib

19-12-2025
BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə