Previous Next
Bağla

Beynəlxalq Astronavtika Konqresinin Təşkilat Komitəsinin ilk iclası olub

11-01-2023 14:01
 Beynəlxalq Astronavtika Konqresinin Təşkilat Komitəsinin ilk iclası olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə 2023-cü il 2-6 oktyabr tarixlərində Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

İclası açan Təşkilat Komitəsinin sədri Ə.Əsədov ilk dəfə 1950-ci ildə Paris şəhərində keçirilmiş konqresin dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbir hesab olunduğunu bildirdi. Tədbirin miqyasını və önəmini nəzərə alaraq onun yüksək səviyyədə təşkil edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan artıq bir dəfə, 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib - Sovet İttifaqında ilk və yeganə konqres o vaxt Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində Bakı şəhərində keçirilib. Vurğulandı ki, Ümummilli Liderin hərtərəfli inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində 50 ildən sonra Azərbaycanın bu mötəbər tədbirə artıq müstəqil dövlət kimi yenidən ev sahibliyi etməsi rəmzi məna daşıyır.

 Dövlət başçısının düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın bütün sahələrdə, həmçinin beynəlxalq aləmdə mühüm nailiyyətlər qazandığı, o cümlədən vacib və aparıcı istiqamətlərdən olan müasir texnologiyalar və kosmik sənaye sahələrində böyük uğurlara imza atdığı qeyd edilib.

Son illər ərzində ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil edilməsi dünyada böyük nüfuza malik Beynəlxalq Astronavtika Federasiyası tərəfindən 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş Baş Assambleya çərçivəsində Bakı şəhərinin gərgin və çətin rəqabət şəraitində növbəti konqresə ev sahibi seçilməsini şərtləndirən əsas amillərdən biri kimi səciyyələndirilib.

Bütün bu nailiyyətlərin konqresin ən yüksək səviyyədə keçirilməsinə şərait yaradacağına əminlik ifadə olunub.  Bu məqsədlə konqresin keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığı və icra edilməsi üçün Nazirlər Kabineti tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıq verildiyi diqqətə çatdırılıb.

Daha sonra konqresə hazırlıq məqsədilə görülən işlər və Tədbirlər Planının icrası ilə bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri, Təşkilat Komitəsi sədrinin müavini Rəşad Nəbiyev geniş təqdimatla çıxış etdi.

İclasda Bakı konqresinə hazırlıq işlərinə dair müzakirələr aparıldı, Tədbirlər Planında qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı Təşkilat Komitəsinin üzvlərinə müvafiq tapşırıqlar verildi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev 71-ci Beynəlxalq Astronavtika Konqresinin iştirakçılarına müraciət etdi

İlham Əliyev 71-ci Beynəlxalq Astronavtika Konqresinin iştirakçılarına müraciət etdi

13-10-2020
Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

04-11-2019
Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021
2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024
Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022
Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

01-10-2023
Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

06-10-2023
Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

03-10-2023
Prezident Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri ilə görüşüb

Prezident Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri ilə görüşüb

29-10-2019
Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019
Bakının 50 ildən sonra Astronavtika Konqresinə yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır

Bakının 50 ildən sonra Astronavtika Konqresinə yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır

02-10-2023
Müşavir: Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir

Müşavir: Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir

30-09-2023
Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

30-09-2023
Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

25-10-2019
75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc  təmsil edəcək

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024
Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021
“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

09-05-2023
 Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023
Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - VİDEO

Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - VİDEO

02-10-2023
ICESCO-nun Baş direktoru: Bakı Konqresi Azərbaycan və digər iştirakçı ölkələr üçün irəliyə doğru atılmış böyük addımdır

ICESCO-nun Baş direktoru: Bakı Konqresi Azərbaycan və digər iştirakçı ölkələr üçün irəliyə doğru atılmış böyük addımdır

02-10-2023
74-cü Beynəlxalq Astronavtika Konqresinin bağlanış mərasimi keçirilib

74-cü Beynəlxalq Astronavtika Konqresinin bağlanış mərasimi keçirilib

06-10-2023
“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur

“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur

15-06-2021
Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

06-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə