• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

KOSMOS

  1. Ana səhifə
  2. TELEKOM VƏ NƏQLİYYAT
  3. KOSMOS

İlham Əliyev 71-ci Beynəlxalq Astronavtika Konqresinin iştirakçılarına müraciət etdi

13-10-2020 / 11:53

Oktyabrın 12-də “Kiber Kosmos buraxılışı” mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresi keçirilib.

Konqresin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd: Gələcəyə baxaraq, gəlin 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək Azərbaycana, Bakıya bağlanaq. Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə söz verməkdən şərəf hissi duyuram.

Azərbaycan Prezidenti İlham Əliyev: Hörmətli xanımlar və cənablar, mən sizi Azərbaycanın paytaxtı Bakıdan səmimi qəlbdən salamlayıram. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. İlk növbədə, mən bizim namizədliyimizi dəstəklədiyinə görə Beynəlxalq Astronavtika Federasiyasının üzvlərinə, Bürosuna və komitələrinə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək.

Müstəqillik dövründə Azərbaycan möhtəşəm inkişafa nail olub. Azərbaycan beynəlxalq arenada fəal ölkələrdən biridir. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim iqtisadi göstəricilərimiz statistikada öz əksini tapıb. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur.

Hazırda təbii ehtiyatlarımız inkişafımıza xidmət edir və təbii ehtiyatlarımızın insan kapitalına çevrilməsi bizim əsas prioritetlərimizdən biridir.

Bu gün Azərbaycan kosmik klubun üzvüdür və Azərbaycan 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Mən əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək.

Sizə uğurlar arzu edirəm və 2023-cü ildə Bakıda görüşərik. Təşəkkür edirəm.

Xanım Paskal Erenfroynd: Cənab Prezident, bu ilhamlandırıcı çıxışınız üçün çox sağ olun. 2023-cü ildə Bakıya gəlməyi səbirsizliklə gözləyirik.

Qeyd edək ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Bu tədbir xalqımızın yüksək intellektual potensialı ilə yanaşı, texniki potensialını da bütün dünyaya nümayiş etdirib. Ulu Öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Son 5 ildə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin İKT sahəsində son illərdə əldə etdiyi böyük uğurlarla bağlıdır.

Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunması planlaşdırılan 71-ci Beynəlxalq Astronavtika Konqresi COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Astronavtika Federasiyası tərəfindən növbəti ilə keçirilib. Lakin tədbirin davamlılığının təmin edilməsi məqsədilə 71 ölkəni təmsil edən 407 təşkilatın üzv olduğu Federasiya builki Konqresi oktyabrın 12-14-də virtual formatda keçirir. Bu Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünyanın 70-ə yaxın ölkəsindən ümumilikdə 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024

Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

01-10-2023

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

04-11-2019

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022

Beynəlxalq Astronavtika Konqresinin Təşkilat Komitəsinin ilk iclası olub

11-01-2023

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

03-10-2023

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

Prezident İlham Əliyev: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək

02-10-2023

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • Amazon süni intellekt robotlarının iş yerlərində tətbiqinə başlayıb

    12-05-2025
  • “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

    12-05-2025
  • “Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

    12-05-2025
  • İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı artıb

    12-05-2025
  • “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” dəyişib

    12-05-2025
  • Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

    12-05-2025
  • “Google” 3 yeni modul AES sifariş edib

    12-05-2025
  • Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

    12-05-2025
  • Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

    12-05-2025
  • Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

    12-05-2025
  • DİN: Bank kartlarından oğurluqlar davam edir

    12-05-2025
  • Bitkoinin qiyməti ilk dəfə 105 min dolları ötüb

    12-05-2025
  • Ayda istifadə olunacaq GPS aparatı hazırlanıb

    10-05-2025
  • Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

    10-05-2025
  • XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

    10-05-2025
  • Pakistan kiberhücumla Hindistanın elektrik şəbəkəsini sıradan çıxarıb

    10-05-2025
  • DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

    09-05-2025
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Bütün xəbərlər
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • “Yahoo” “Chrome”u almaqla maraqlanır

    25-04-2025
  • Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

    29-04-2025
  • “e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

    19-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.