Previous Next
Bağla

Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

01-10-2023 16:24
Beynəlxalq Astronavtika Konqresi Nazirlər və parlament üzvləri üçün iclas keçirilib

Bu ilin oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı Azərbaycan parlamentində Beynəlxalq Astronavtika Konqresi (IAF) Nazirlər və parlament üzvləri üçün iclas keçirilib.

Xeberler.az məlumat verir ki, tədbiri giriş sözü ilə Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri (Clay Mowry) açıb.

K.Mouri bildirib ki, Azərbaycan Konqresin açılışı üçün kifayət qədər yaxşı hazırlaşıb. O həmçinin bir sıra ölkələrin bu konqresdə ilk dəfə iştirak etdiyini və bu baxımdan Konqresin mühüm əhəmiyyət kəsb etdiyini də əlavə edib.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili isə bildirib ki, Azərbaycan kosmik tədqiqatlara xüsusi əhəmiyyət verir:

“Sizə Bakını seçdiyiniz üçün təşəkkür edirəm və deyim ki, bu çox rasional seçimdir. Çünki ənənələrə qayıdır. 50 il əvvəl yəni 1973-cü ildə Bakıda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə XXIV Qurultay keçirilib. Bu il biz ulu öndərin 100 illik yubileyini qeyd edir, xatirəsini ehtiramla yad edirik. İndi ölkəmiz ən böyük kosmik tədbirə - 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Bu o deməkdir ki, Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra yenidən regionumuza qayıdır. Həm məzmununa, həm də iştirakçıların sayına görə bu Konqres bütün əvvəlkilərdən daha çox təmsil olunur. Bu tədbirdə 30 müxtəlif ölkədən 1500-dən çox iştirakçı toplaşıb. Bu isə onu göstərir ki, ölkəmizdə keçiriləcək bu tədbirə maraq böyükdür.

Azərbaycan 2013-cü ildən ilk peyki buraxdıqdan sonra dünya kosmik klubunun fəal üzvünə çevrilib.
Bir ölkə olaraq biz sürətlə inkişaf edən qlobal kosmik ekosistemin bir hissəsi olmaqdan və dünyanın xeyrinə bu sektorun inkişafına töhfə verməkdən məmnunuq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

02-10-2023

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021

2025-ci ildə Beynəlxalq Astronavtika Konqresinə bu ölkə ev sahibliyi edəcək

20-10-2024

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

03-10-2023

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

Bakıda kosmik sahəyə aid elm müsabiqəsi keçiriləcək

05-12-2022

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022

“Azərkosmos” İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində təmsil olunub

06-09-2023

İlon Mask Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində çıxış edəcək

01-10-2023

Faythinger: "Beynəlxalq Astronavtika Konqresinin nümayəndələri Bakıda toplaşacaq"

06-12-2022

İlham Əliyev 71-ci Beynəlxalq Astronavtika Konqresinin iştirakçılarına müraciət etdi

13-10-2020

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022

Milanda 75-ci Beynəlxalq Astronavtika Konqresi keçirilir

14-10-2024

"Azərkosmos": "Bakı Konqresinə biletlərin qiyməti ilə bağlı məsələyə müdaxilə edə bilmirik"

14-09-2023

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

30-09-2023

Saməddin Əsədov: “Azərbaycan kosmik sahədə inkişafın vacibliyini dərk edir”

06-12-2022

Bakıda ilk dəfə "Kosmik Nəsil Konqresi" keçiriləcək

27-04-2023

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

Azərbaycanlı tələbə Beynəlxalq Astronavtika Konqresində iştirak edib

04-11-2019

“SpaceX” Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəstək verəcək

09-05-2023

Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

25-06-2023

Müşavir: Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir

30-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə