Beynəlxalq Astronavtika Federasiyası ilə Özbəkistanın Kosmik Agentliyi arasında 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinin Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Bu, ölkəmiz üçün böyük uğurdur. Bu, mötəbər tədbir 2023-cü ildə Bakıda keçirildi və biz də həmin konqresdə iştirak etmişik. Tədbir çox möhtəşəm təşkil olunmuşdu.
Xeberler.az bildirir ki, bu sözləri Azərtac-a açıqlamasında Özbəkistanın Kosmik Monitorinq və Geoinformasiya Texnologiyaları Mərkəzinin nümayəndəsi Fərhad Mahmudxujayev deyib.
“Bu konqres hər il keçirilir və dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələri bir araya gətirir. İndi isə 2028-ci ildə bütün tərəfdaşlarımızı, dostlarımızı, şirkətləri və kosmik agentlikləri Səmərqənddə keçiriləcək Beynəlxalq Astronavtika Konqresində görməyi səbirsizliklə gözləyirik”, - deyə o bildirib.
Qeyd edək ki, gələn il konqresin Polşada keçirilməsi nəzərdə tutulur.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları