Previous Next
Bağla

Beynəlxalq İnformatika Olimpiadasına start verilib

05-08-2019 13:54
Beynəlxalq İnformatika Olimpiadasına start verilib

Xeberler.az bildirir ki, Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına (IOI) ev sahibliyi edir. Olimpiadanın iştirakçıları avqustun 4-dən Bakıya gəliblər. Bu gün Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasimi keçiriləcək. Tədbirə olimpiada iştirakçıları ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər kəndi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

03-08-2019

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

29-07-2019

Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

06-08-2019

Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercelldir

01-08-2019

31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

11-08-2019

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018

Beynəlxalq İnformatika Olimpiadasının mətbuat konfransı keçirilib

05-08-2019

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019

13-cü IOI konfransı keçirilib

06-08-2019

Azercell Olimpiada qaliblərini mükafatlandırıb

13-08-2019

Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi baş tutub

06-08-2019

Azercell-in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb

29-11-2019

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

07-10-2016

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Acer Beynəlxalq İnformatika Olimpiadasının rəsmi sponsorudur

05-08-2019

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası başlayıb

23-07-2019

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020

Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb

21-02-2025

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə