Previous Next
Bağla

31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

11-08-2019 09:23
31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

Xeberler.az bildirir ki, Avqustun 10-da Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) bağlanış mərasimi keçirilib. Mərasim bu ilin fevral ayında məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin nümayəndələrinin Bakıya gəlişinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.

Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara, qlobal sponsor "Acer" şirkətinə və əməyi olan digər şəxslərə təşəkkürünü bildirib. İKT bilik və bacarıqlarına yiyələnmənin vacibliyini diqqətə çatdıran Təhsil naziri ölkəmizin təhsil sahəsində innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən söz açıb. Qeyd edib ki, hər bir gənc dünyanı dəyişmək və daha yaxşı etmək imkanına malikdir. Bu işdə innovasiyalar da mühüm rol oynayır. Azərbaycanın multikultural ölkə olduğunu deyən Təhsil naziri olimpiada iştirakçılarının bir həftə ərzində ölkəmizin mədəniyyəti, musiqisi və mətbəxi ilə tanış olduqlarına əminliyini bildirib. Təhsil Nazirliyinin informasiya texnologiyalarının tədrisinə önəm verdiyini deyən Ceyhun Bayramov “IOI 2019” olimpiadasının Azərbaycanda İKT sahəsinin inkişafına töhfə verəcəyini qeyd edib. Nazir çıxışının sonunda olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb.

 

Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb. Olimpiada iştirakçılarının 28-i qızıl, 54-ü gümüş, 81-i bürünc medala layiq görülüb. Ən yüksək nəticə göstərmiş iştirakçı, ABŞ komandasının üzvü Benjamin Qiyə qızıl medalla yanaşı, Təhsil naziri Ceyhun Bayramov tərəfindən xüsusi mükafat da təqdim edilib.

“IOI” prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırıb.

Mərasimdə yarışın 2020-ci il iyulun 19-26-da Sinqapurda keçiriləcəyi elan edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov və "IOI 2019"un fəxri həmsədri, ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim olunub. Daha sonra ölkəmiz haqqında film nümayiş edilib. Tədbir bədii hissə ilə davam etdirilib.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak ediblər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirə “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Beynəlxalq İnformatika Olimpiadasının mətbuat konfransı keçirilib

Beynəlxalq İnformatika Olimpiadasının mətbuat konfransı keçirilib

05-08-2019
Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019
Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi baş tutub

Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi baş tutub

06-08-2019
Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

29-07-2019
Beynəlxalq İnformatika Olimpiadasına start verilib

Beynəlxalq İnformatika Olimpiadasına start verilib

05-08-2019
13-cü IOI konfransı keçirilib

13-cü IOI konfransı keçirilib

06-08-2019
Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası başlayıb

23-07-2019
Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

03-08-2019
Acer Beynəlxalq İnformatika Olimpiadasının rəsmi sponsorudur

Acer Beynəlxalq İnformatika Olimpiadasının rəsmi sponsorudur

05-08-2019
İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016
ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın  iştirakını dəstəkləyib

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021
Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercelldir

Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercelldir

01-08-2019
Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009
Azercell Olimpiada qaliblərini mükafatlandırıb

Azercell Olimpiada qaliblərini mükafatlandırıb

13-08-2019
Azercell-in dəstəyi ilə Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

Azercell-in dəstəyi ilə Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

11-09-2018
Beynəlxalq İnformatika Olimpiadası  Azərbaycanda keçiriləcək

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

07-10-2016
Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022
 İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016
I Robot Olimpiadasının qalibləri-Foto

I Robot Olimpiadasının qalibləri-Foto

23-06-2017
Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020
Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

06-08-2019
Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015
Tələbələr arasında İnformatika Olimpiadası başladı

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017
Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

11-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə