Previous Next
Bağla

Acer Beynəlxalq İnformatika Olimpiadasının rəsmi sponsorudur

05-08-2019 14:35
Acer Beynəlxalq İnformatika Olimpiadasının rəsmi sponsorudur

Xeberler.az bildirir ki, 4-11 avqust tarixlərində Bakıda baş tutan IOI 2019-un rəsmi sponsoru olan “Acer” tədbir iştirakçıları və əməkdaşlar üçün yeganə kompüter təminatçısı, həmçinin server və tədbirin idarəetmə sistemlərinin idarəçisi qismində çıxış edir. Cəmiyyətin inkişafına töhfə vermək “Acer”in “İnsanlar və texnologiyalar arasında baryerləri aşmaq” uzunmüddətli missiyasının əsasıdır. Beynəlxalq İnformatika Olimpiadalarında 2021-ci ilə qədər rəsmi sponsor kimi çıxış edərək, yarışları İT avadanlıqlar və texniki dəstəklə təmin etmək şirkətin təhsil sahəsini texnologiyalar vasitəsilə inkişaf etdirmək niyyətindən irəli gəlir.

“IOI-a sponsorluq etmək istedadlı gənclərə uğur qazanmaları üçün “Acer”in göstərdiyi səylərdən biridir. Gələcəyin liderləri olacaq gənc istedadlara kömək edən bu əhəmiyyətli təşəbbüsün bir hissəsi olmaqdan qürur duyuruq” deyə şirkətin Qafqaz, Mərkəzi Asiya, Rusiya və Türkiyə üzrə vitse-prezidenti Qriqoriy Nizovskiy bildirib. “Müsabiqə üçün iştirakçılara asanlıqla işləmələrini və alqoritmləri ən səmərəli şəkildə həll etmələrini təmin edəcək xüsusi rəqəmli klaviaturalı “Acer Aspire 3” noutbuklarını seçdik deyə cənab Nizovskiy əlavə edib. IOI 2019 müsabiqəsi başa çatdıqdan sonra “Acer” şirkəti 450 ədəd “Aspire” noutbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcək.

ADA Universiteti onlardan İT və Mühəndislik Məktəbində iki yeni laboratoriyanı təchiz etmək üçün istifadə edəcək, Təhsil Nazirliyi isə Azərbaycan məktəblərində informatika fənnini tədris etmək üçün Rəqəmsal Bacarıqlar pilot layihəsini dəstəkləyəcək. “Acer” və IOI informatika və İT sahəsində maraqları təşviq etmək, bu üzrə istedadlı gəncləri ruhlandırmaq, onları bir araya gətirmək və tanıtmağın tərəfdarıdır. IOI 2019 müsabiqəsi Bakı Konqres Mərkəzində keçiriləcək.

Tədbirin bağlanış mərasimi isə Heydər Əliyev mərkəzində baş tutacaq. IOI beş beynəlxalq elm olimpiadalarından biri və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Hər bir iştirakçı ölkə yarışda 4 nəfərlik komanda üzvü, həmçinin bir komanda lideri və onun müavini ilə təmsil olunur. Müsabiqə iki gün davam edir. Bu müddət ərzində iştirakçılar alqoritmik problemlərin həllində fərdi şəkildə yarışırlar. Hər gün tələbələrə beş saat ərzində həll etməli olduqları üç tapşırıq verilir.

Qeyd edək ki, olimpiadada iştirakçılara istifadəyə verilən kompüterlər gənc alimlərin informatika üzrə proqramlarını dəstəkləmək məqsədilə tədbirdən sonra ADA və Təhsil Nazirliyinə təqdim olunacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq İnformatika Olimpiadasının mətbuat konfransı keçirilib

05-08-2019

31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

11-08-2019

Beynəlxalq İnformatika Olimpiadasının Praktiki sessiyası başlayıb

23-07-2019

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

29-07-2019

Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercelldir

01-08-2019

Beynəlxalq İnformatika Olimpiadasına start verilib

05-08-2019

Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi baş tutub

06-08-2019

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanlı təmsilçilər bürünc medal qazanıb

28-06-2021

Acer Sabahın alimləri Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı

15-02-2019

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021

Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

03-08-2019

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018

İnformatikanın məktəblərdə tədrisi müzakirə olunub

04-12-2015

Acer, Aspire One noutbukunu yeniləyir

13-10-2008

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

13-cü IOI konfransı keçirilib

06-08-2019

Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq görülür

30-09-2015

İlk Chrome OS yüklü netbooku hansı firma təqdim edəcək?

07-12-2009

IOI-nin ikinci mərhələsi davam edir

08-08-2019

Azercell-in dəstəklədiyi komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

24-07-2025

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019

Acer ən son yeniliklərini Bakutel 2019 sərgisində təqdim edəcək

02-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə