Bu ilin iki ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 172 min 675 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Xeberler.az bildirir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, 2025-ci ilin yanvar-fevral ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 29 faiz idisə, cari ilin müvafiq dövründə bu rəqəm 42 faizə yüksəlib.
Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları