Previous Next
Bağla

Bill Qeyts: “33 milyon insan epidemiyadan öləcək”

30-05-2015 11:20
Bill Qeyts: “33 milyon insan epidemiyadan öləcək”

“Microsoft” korporasiyasının Direktorlar Şurasının sədri Bill Qeyts milyonlarla insanın həyatına son qoyacaq infeksion xəstəliklərin kütləvi epidemiyasını proqnozlaşdırır.

Xəbərlər-in RYTN-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, "Vox” nəşrinə müsahibədə mümkün infeksiya faciəsinin modelini hazırlayacaq tədqiqatçılar qrupu formalaşdırdığını deyib.

 Tədqiqatçılar qərara gəliblər ki, ispan qripi kimi xəstəliklər yayılsa, 250 günə dünyada 33 milyon insan məhv olacaq. “Xəstəliklərin yayılması baxımından biz bəşəriyyət tarixində ən təhlükəli mühit yaratmışıq”, - B.Qeyts qeyd edib.   

 20 milyon nəfərin yaxın 20 ildə nə ilə məhv edilməsi ilə bağlı sualı cavablandıran korporasiya rəhbəri bir neçə variantı nəzərdən keçirərək vurğulayıb ki, burada fəlakətli filmlərin ssenarisi ağlabatan deyil. Miqyaslı zəlzələ, vulkan püskürməsi və ya asteroidin düşməsi də bəşəriyyəti məhv edə bilməz. B.Qeytsin fikrincə, nüvə müharibəsi ehtimalı da azdır.

 Dünyanın ən varlı adamı həmçinin iki dünya müharibəsində insan itkilərini ispan qripindən ölənlərin sayı ilə müqayisə edərək ispan qripinin XX əsrdə daha çox insanın həyatına son qoymasını sübut edib.

 “Vox” müəlliflərinin sözlərinə görə, bəşəriyyət pandemiyanın təhlükəsi barədə bilir, onun haqqında fikirləşir və ondan qorxur.

 B.Qeytsin qənaətinə görə, hazırkı şəraitdə istənilən infeksion xəstəliklərin pandemiyasının nəticələri 1918-1919-cu illər ispan qripinin nəticələrindən daha faciəli olacaq. O vaxt 550 milyon nəfər xəstəliyə yoluxub. “Bu gün xəstəlik cəmi 60 günə dünya şəhərlərinə yayılacaq. İspan qripi ilə bağlı vəziyyət belə olmayıb”, - o əlavə edib.  

 Bu, sərbəst hərəkətlə əlaqədardır: bu gün dövlət sərhədlərini yüz il əvvələ nisbətən 50 dəfə çox insan keçir. Həmçinin bəzi xəstəliklər artıq onlar çoxlu insan həyatına son qoyandan sonra məlum olur. Ebola virusu ilə bağlı vəziyyətdə də belə olub. Ekspertlər əmindir ki, bu xəstəlik ABŞ-da yayılsaydı, ona dərhal son qoyulardı. Lakin o, Afrikada olub. “Qvineya epidemiyanı qəbul etmək istəmirdi, çünki bu, investisiyalar və turizm sahəsi üçün “ölüm” hökmü demək idi”, - B.Qeyts vurğulayıb.

 Qeyd edək ki, 2014-cü ildə Qvineyada başlayan Ebola virusu sonradan qonşu ölkələrə yayılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bill Qeyts futbol klubu almaq fikrindədir

18-09-2008

Bill Qeyts: Süni intellekt bu peşələri əvəz edə bilməyəcək

28-03-2025

Forbes: Bill Qeyts dünyanın ən varlı insanı deyil

09-03-2011

Bill Qeyts proqram təminatı sahəsində əsaslı dəyişikliklər barədə qabaqcadan xəbər verib

20-08-2008

Google Maps donuz qripini təqib edir

04-05-2009

Bill Qeyts öz uşaqlarına iPod və iPhone istifadə etməyə qadağa qoyub

03-03-2009

Bill Qeyts yenidən «ən varlı» oldu

12-03-2009

Bill Qeyts COP30 ərəfəsində iqlim strategiyasını dəyişməyə çağırır

28-10-2025

NASA Yer kürəsində həyatı məhv edə biləcək asteroidlərin siyahısını dərc edib

24-09-2024

Bill Qeytsin böyük səhvi milyardlarla dollara başa gəlib

25-06-2019

“İnternet bəşəriyyətin qlobal problemlərini həll etməyəcək”

05-11-2013

Bill Qeyts yenə də birinci oldu!

21-04-2009

Dünyanın ən zəngin insanı kimdir?

01-08-2017

Yeni biometrik sistem insanı bədən qoxusuna görə tanıyır

28-03-2016

İnsanlar ölümə qalib gələ biləcək

26-05-2015

Bill Geyts bərpa olunan energetika sahəsinə daha çox sərmayə yatıracaq

29-06-2015

Bill Qeyts: saniyədə 250 dollar qazanır

22-11-2014

Samsung Ebola virusuna qarşı yardım etdi

22-10-2014

Bill Qeytsin indiyə kimi etdiyi 10 ən böyük səhv

17-09-2010

“Microsoft” indi də avtomobil sektoruna girir

15-07-2010

"Google" Türkiyədəki zəlzələ barədə insanları dəqiq xəbərdar edə bilməyib

28-07-2025

Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd etdi

19-05-2015

«Twitter»də son 2 ayda 30 milyon insan qeydiyyatdan keçib

03-11-2010

Fərdi məlumatların oğurlanmasından zərərçəkənlərin sayı azalıb

06-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə