Previous Next
Bağla

Bill Geyts bərpa olunan energetika sahəsinə daha çox sərmayə yatıracaq

29-06-2015 10:48
Bill Geyts bərpa olunan energetika sahəsinə daha çox sərmayə yatıracaq

Microsoft korporasiyasının təsisçisi və dünyanın ən varlı adamı Bill Geyts yaxın beş ildə energetikada innovativ “yaşıl” texnologiyalarla əlaqədar layihələrə şəxsi investisiyaları iki dəfə - 2 milyard dollaradək artırmağı planlaşdırır.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, bu barədə korporasiya təsisçisi Financial Times nəşrinə müsahibədə bildirib.

Onun sözlərinə görə, o, artıq bərpa olunan energetika sahəsində onlarla startapa, o cümlədən enerjinin saxlanılması üçün akkumulyatorlara, yeni nəsil nüvə enerjisinə və s. 1 milyard dollara yaxın vəsait yatırıb.  

Bill Geyts daha 15 şirkətə birbaşa, Khosla Ventures və Kleiner Perkins vençur kapital fondları vasitəsilə isə 30 layihəyə investisiya yatırmağı nəzərdə tutur.  

“Müsbət nəticəyə nail olmaq üçün yeganə üsul güclü innovasiyalardır. İnnovasiyalar həqiqətən həyat tərzini dəyişir”, - milyarder deyib.

O, dünya dövlətlərini “yaşıl” energetikanın subsidiyalaşdırılmasından qismən imtina etməyə və boşalan resursların bir hissəsini fundamental tədqiqatların maliyyələşdirilməsinə keçirməyə çağırıb.

Dünyanın ən varlı adamının məlumatına görə, hazırda dünya bərpa olunan enerji mənbələrindən istifadəyə 100 milyard dollar məbləğində subsidiya ayırır, halbuki bu sahədə elmi-tədqiqat və təcrübi-konstruktor işləmələrinə ildə 6 milyard dollar xərclənir.

Forbes jurnalının məlumatına görə, 59 yaşlı B.Geyts 2014-cü ilin martında dünyanın ən varlı adamı adını özünə qaytarıb. İyunun 26-na olan vəziyyətə görə, onun var-dövlətinin dəyəri 79,4 milyard dollar qiymətləndirilir.

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünyanın ən zəngin insanı kimdir?

Dünyanın ən zəngin insanı kimdir?

01-08-2017
Dünyanın ən varlı 10 insanı İKT sahəsində çalışır

Dünyanın ən varlı 10 insanı İKT sahəsində çalışır

20-12-2008
Microsoft şirkətinin təsisçisi reytinqdə birinci yerdədir

Microsoft şirkətinin təsisçisi reytinqdə birinci yerdədir

01-10-2015
Forbes: Bill Qeyts dünyanın ən varlı insanı deyil

Forbes: Bill Qeyts dünyanın ən varlı insanı deyil

09-03-2011
İlon Maskın aktivləri 121 milyard dollar azalıb

İlon Maskın aktivləri 121 milyard dollar azalıb

07-03-2025
“Texnologiya neftdən bahadır”

“Texnologiya neftdən bahadır”

01-11-2017
“TikTok”un yaradıcısı Çinin ən varlı adamı seçilib

“TikTok”un yaradıcısı Çinin ən varlı adamı seçilib

29-10-2024
Dünyanın 100 ən zəngin İT milyarderləri bəlli olub

Dünyanın 100 ən zəngin İT milyarderləri bəlli olub

11-08-2016
Forbes reytinqinə əsasən dünyanın ən varlı şəxsi müəyyən olub

Forbes reytinqinə əsasən dünyanın ən varlı şəxsi müəyyən olub

06-04-2022
Mask 500 milyard dollar sərvəti ilə tarixə düşüb

Mask 500 milyard dollar sərvəti ilə tarixə düşüb

02-10-2025
Bill Qeyts yenə də birinci oldu!

Bill Qeyts yenə də birinci oldu!

21-04-2009
ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

04-08-2015
“Microsoft”un kapitallaşması 4 trilyon dolları ötüb

“Microsoft”un kapitallaşması 4 trilyon dolları ötüb

31-07-2025
Dünyanın ən varlı şirkəti hansıdır?

Dünyanın ən varlı şirkəti hansıdır?

02-02-2016
İKT sahəsində ən uğurlu sahibkarların reytinqi dərc edilib

İKT sahəsində ən uğurlu sahibkarların reytinqi dərc edilib

06-08-2015
"SpaceX"in səhmləri 19 faiz artıb

"SpaceX"in səhmləri 19 faiz artıb

13-06-2026
Dünyanın ən bahalı brendi

Dünyanın ən bahalı brendi

09-11-2013
Bill Gates sərvətini kimə bağışlayacaq?

Bill Gates sərvətini kimə bağışlayacaq?

03-02-2016
“X” sosial şəbəkəsi investisiya cəlb etməyi planlaşdırır

“X” sosial şəbəkəsi investisiya cəlb etməyi planlaşdırır

19-02-2025
Mark Zukerberq dünyanın ən zəngin ikinci adamı olub

Mark Zukerberq dünyanın ən zəngin ikinci adamı olub

04-10-2024
Bill Qeyts yenidən «ən varlı» oldu

Bill Qeyts yenidən «ən varlı» oldu

12-03-2009
İlon Mask sərvəti 800 milyard dolları keçib

İlon Mask sərvəti 800 milyard dolları keçib

04-02-2026
Facebookun yaradıcısı ilin adamı oldu

Facebookun yaradıcısı ilin adamı oldu

16-12-2010
100 milyard dollarlıq sərvətini ailəsi ala bilməyəcək

100 milyard dollarlıq sərvətini ailəsi ala bilməyəcək

24-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə