Blogger 10 yaşını qeyd etdi

04-09-2009 / 09:06

Veb səhifələriylə insan beyni arasındakı maneəni qaldıran Blogger 10 yaşına keçib.

Xeberler.az bildirir ki, 1999-cu ilin avqustunda nəşrə keçən Blogger 10 ildə internetin çox sevilən saytları arasında iştirak edir. Blogger 2003-cü ildə Google tərəfindən satın alınıb. Həmin vaxtlar aylıq ziyarətçi sayı 250 min ətrafında olub. Bu gün isə Blogger-i hər ay 300 milyondan çox adam ziyarət edir.

Blogger istifadəçilərini 10-cu ildönümündə unutmayan Google blog istifadəsini asanlaşdıracaq bəzi dəyişikliklər edib. Əvvəlcə, naviqasiya çubuğunda artıq bir Share düyməsini əlavə etdi. Bu düymə sayəsində ziyarətçiləriniz, blogun URL-ini doğrudan Twitter, Facebook ya da Google Reader-ə göndərə bilər.

Fərdi səhifələrində musiqilə əlaqədar DMCA-nın xoşuna gəlməyəcək məzmunlar paylaşanlarla əlaqədar da bəzi sazlamalar aparıb. Blogger, həm də SocialVibe gadget-i ilə xeyirxah işlərə girir. InfoThinker ilə də razılaşıb, məşhur iPhone tətbiqi olan BlogPress-in yalnız Blogger ilə işləyən versiyasını ödənişsiz olaraq App Store-yə gətirib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə