Previous Next
Bağla

Ekspert kibercinayətkarlıqla mübarizədən danışdı

23-07-2018 14:40
Ekspert kibercinayətkarlıqla mübarizədən danışdı

Son zamanlarda sosial şəbəkələrdə kibercinayətkarlıq halları artmaqdadır.

Xeberler.az məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Yeni Müsavat-a müsahibəsində blogger Bəxtiyar Hacıyevə qarşı edilən kibercinayətkarlıqdan danışıb: “Tanınmış cəmiyyət mühəndislərindən biri, blogger Bəxtiyar Hacıyevə qarşı kibercinayətkarlıq edilir. Bəxtiyar Hacıyevin sosial şəbəkədə KİV-lərə istinadən yaydığı müraciətdə deyilir ki, ABŞ-da qeydiyyatdan keçmiş virtual nömrələrdən kimlərsə müxtəlif qrupları (ayrı-ayrı xanımları, kriminal keçmişi olan insanları, dindarları, gəncəlilərı, sumqayıtlıları və polisləri) təhqir edir, hədələyirlər. Sonda isə bu hədə və təhqir mesajlarına onun (Bəxtiyar Hacıyevin) adını və nömrəsini yazırlar. Bəzilərinin ilk reaksiyası da B. Hacıyevi aramaq olur...

Hacıyev məsələ ilə bağlı DTX-də olub, onu qəbul edib, ekran görüntülərini istəyiblər. Daha sonra isə o, DİN-ə müraciət edib: “DİN-in poçt qutusuna rəsmi müraciətimi və faktları atıb, getdim Baş Prokurorluğa, orada da poçt qutusuna atmağımı istədilər”.

Maraqlıdır, bu halda sosial şəbəkə istifadəçisi nə etməlidir? Sosial şəbəkə terrorçularından necə qorunmaq olar?

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, internet açıq mühitdir, burada müəyyən təhdidlər və təhlükələr olmamış deyil: “Gərək hər bir adam sosial şəbəkədən istifadə edəndə bir qədər ehtiyatlı olsun ki, özünün fərdi informasiyaları başqalarının əlinə keçməsin. Müəyyən qrup insanlar var ki, sosial şəbəkədən qeyri-qanuni istifadə edirlər. Öz arzu və istəklərini yeritmək üçün qarşı tərəfi şantaj, təhqir edirlər. Bu bizdə də var, dünyada da. Ona görə də hər kəs gərək özünün informasiyasının qayğısına qalsın. Qarşı tərəfi şantaj, təhqir etmək davam edirsə, dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Sosial mediada baş verənlərlə bağlı bizim məhkəmə çəkişmələri olub. Təhqirlə bağlı aidiyyəti qurumların - prokurorluq, hüquq-mühafizə orqanlarının borcudur ki, müraciətlə bağlı araşdırma aparsın. Həmin sosial media resursunun administrasiyası ilə də əlaqə saxlamaq, şikayət etmək olar. Düşünürəm ki, bunları etsək, nəticə əldə etmək olar”.

O.Gündüz bildirir ki, sosial şəbəkə terrorçularının qurbanına çevrilməmək üçün maarifləndirmə işləri artırılmalıdır:Eyni zamanda sosial medianın xətti ilə özümüz gərək internetin qayğısına qalaq, maarifçilik işləri görək. Bəzən insanlar törətdiyi əməllərin fərqinə varmırlar ki, cinayət törədirlər. Elə bilirlər, kiminsə şəxsi informasiyasını paylaşa bilər və ona heç nə olmaz. Ona görə də sosial media istifadəçiləri, hüquq müdafiəçiləri bunun nə ilə nəticələnə biləcəyi ilə bağlı gərək maarifləndirmə işləri aparsın. Sosial şəbəkədə başqasını təhqir edən şəxslərlə bağlı qanunvericilikdə cinayət işi düşür. Qanunvericilikdə sosial mediada təhqir və böhtanın da cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı bu yaxınlarda dəyişiklik olunub. Buna görə artıq inzibati cəza, yaxud xəbərdarlıqdan söhbət getmir, sosial şəbəkədə təhqir və böhtana görə yüksək cəza müəyyən olunur. Bəlkə də bunu edənlər törətdikləri əməldə cinayət işinin olmasından heç xəbərdar deyil. Maarifləndirmək lazımdır”.(Yeni Müsavat)

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015

Sosial mediada netiket qaydaları necə tənzimlənir ?

16-06-2015

Baş prokuror: “Mediada insanların şərəf və ləyaqətini təhqir edən məlumatlar olmamalıdır”

22-02-2022

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017

Sosial şəbəkələrdə profillər necə ələ keçirilir?

01-05-2015

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019

Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

15-11-2016

Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

02-12-2016

Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək adlı dəyirmi masa keçirilib

20-09-2019

Ekspert: DİN-in əlində insanların aldadılması ilə bağlı kifayət qədər məlumat var

29-01-2020

“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

27-10-2017

Ekspert ismarıcların izlənilməsi haqqında danışıb

01-10-2018

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019

“Tərbiyəsiz hərəkətlərə yol verən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır”

19-03-2018

Ekspertdən təklif – Facebook və YouTube bazaları Azərbaycana gətirilsin

14-02-2019

İnternetdə təhqirə görə cinayət məsuliyyəti tətbiq ediləcək

07-07-2015

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018

“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025

Əli Abbasov : “İnternetin hüquqi bazasının inkişafına böyük ehtiyac var”

06-05-2013

Osman Gündüz : Bu tip addımların bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur

06-02-2019

Deputat saxta profilin cinayət məsuliyyəti yaratmasına aydınlıq gətirib

16-11-2016

İnternetdə təhqirə görə cəza…

06-06-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə