Previous Next
Bağla

BMU-da elmi -praktiki konfrans keçirilir

02-10-2018 17:36
BMU-da elmi -praktiki konfrans keçirilir

Azərbaycan Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Konfransa yerli alimlərlə yanaşı xarici ölkələrdən də məqalələr göndərilib.

Konfrans iştirakçıları açılış mərasimindən öncə universitetdə yaradılmış Heydər Əliyev guşəsini ziyarət edərək hörmət və ehtiramlarını bildiriblər. Konfransın açılış mərasimində Azərbaycan ictimaiyyətinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən logistika mərkəzlərinin rəhbərləri, bu sahədə tanınmış alimlər və mütəxəssislərlə yanaşı dünyada logistika sahəsində tanınmış universitetlərin alimləri də iştirak ediblər.

Xeberler.az  bildirir ki, açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və ölkəmizdə logistika sahəsində görülən işlərdən və bu baxımdan konfransın əhəmiyyətindən danışıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan logistika layihələrinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və onun nəticələrinin iqtisadiyyatımıza olan töhvələrindən danışıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov, Avropa-Qafqaz-Asiya Beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev və Abşeron logistika mərkəzinin direktoru Ziya Ağayev çıxış edərək Möhtərəm Prezidentimiz İlham Əliyevin nəqliyyat sektoruna olan diqqət və qayğısının nəticəsi olaraq bu sahənin hazırki inkişaf səviyyəsindən, logistika sahəsində xarici ölkələrlə olan əməkdaşlıqdan və birgə həyata keçirilən layihələrdən danışıblar.

Çıxışlardan sonra plenar iclasla davam edən konfransda Akif Mustafayevin, Xudayar Həsənlinin, A.Q.Nekrasovun, K.İ. Atayevin və A.S. Siniçınanın məruzələri ilə davam edib. Qeyd edək ki, BMU da keçirilən konfrans oktyabrın 2-dən 5-dək 5 seksiya üzrə işini davam etdirəcək

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN-nin təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib

23-09-2021

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

29-04-2026

Rəşad Nəbiyev: "Orta Dəhlizin uğurları nəqliyyat-logistika sahəsində dəyişikliklərə səbəb olacaq"

16-11-2023

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq elmi konfransı (COIA-2022) keçirilib

31-08-2022

“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Konfransı keçirilib

10-07-2025

AzTU-da II beynəlxalq elmi-praktiki konfrans keçirilir

05-12-2023

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

09-05-2019

AzMİU-da beynəlxalq konfrans keçirilib

23-04-2024

“İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu” adlı konfrans keçirilir

06-11-2024

Növbəti beynəlxalq konfrans 38 ildən sonra yenidən Bakıda keçirilir

14-09-2018

Süni intellektin müxtəlif sahələrdə rolu adlı konfrans keçirilib

19-05-2025

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022

Bakıda sənaye həlləri mövzusunda beynəlxalq konfrans keçirilir

27-08-2015

Bakıda beynəlxalq İKT konfransı keçirilir-Foto

12-10-2016

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019

İKT-nin tətbiqi inşaat sahəsində insan əməyini azaldır

06-07-2018

UNEC-də Startap Günləri başlayıb-Foto

25-05-2018

Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimi keçirildi

28-09-2022

“Təhsilin Sosial -İqtisadi İnkişafda Rolu” mövzusunda konfrans keçirilir

30-01-2017

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015

Dünya alimləri Bakıya toplaşıb

11-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə