AICT2016 10-cu Beynəlxalq Konfransı Azərbaycan Respublikası, Bakı şəhərində 12-14 oktyabr 2016-cı il tarixlərində keçirilən konfransın bu gün Qafqaz Universitetində açılışı olub.
AICT2016 konfransı Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malaysia Sabah Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, İktisadi Əməkdaşlıq Elm Fondu (ECOSF), Nar Mobile və DELL EMC şirkətləri sponsorluğu, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçirilir.
Xeberler.az-ın məlumatına görə, Qafqaz Universitetinin rektoru professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
Konfransın əhəmiyyətinə diqqət çəkən rektor qeyd edin ki, 22 ölkədən 80-dən çox alim konfransda iştirak üçün Azərbaycana gəlib. Professor Havar Məmmədov bu sahəyə dövlətin diqqət və qayğısından geniş danışaraq, illər üzrə Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanda İT-nin inkişafı üçün qəbul etdiyi proqramlardan və sərəncamlardan danışıb , onların ölkəmizin inkişafındakı rolunu diqqətə çatdırıb.İngilis dilində təşkil olunan konfransın keçirilməsinin Ali məktəblər üçün çox faydalı oluğunu diqqətə çatdıran rektor Qafqaz Universitetində İT sahəsinin yüksək səviyyədə olduğunu , universitetin tamamilə elektronlaşdığını və burada təhsil alan tələbələrin 60 % -dən çoxunun mütəxəsis kimi ingilis dilində hazırlandığını bildirib.
BDU –nun rektoru akademik Abel Məhərrəmov 10-cu dəfə keçirilən beynəlxalq konfransın ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Akademik bildirdi ki belə konfransları o ölkələrdə keçirirlərki həmin sahə orada yüksək səviyyədə inkişaf etmiş olsun. Konfransların əhəmiyyəti ondan ibarət olurki burada canlı dialoq olur və bu da elmi cəmiyyətin formalaşmasına xidmət edir.
Azərbaycan Respublikası Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəliyev konfrans iştirakçılarına Azərbaycan Respublikası Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin salamını çatdırıb. O qeyd etdi ki, ölkəmizin bu konfransa ev sahibliyi etməsi bizim üçün çox əhəmiyyətlidir. Çünki bütün sahələrdə çevik inkişafı təmin etmək üçün İKT –nin tətbiqi və yeniliklərinin öyrənilməsi çox vacibdir. Nazir müavini Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Yüksək Texnologiyalar Naziriliyinin bu sahədə gördükləri işləri konfrans iştirakçılarının diqqətinə çardırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev AMEA –nın prezidenti Akademik Akif Əlizadənin salamlarını çatdırıb və bildirib ki , AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlıq həmişə yüksək səviyyədə olub. Konfransın aktual məslələrə həsr edilməsi və konfransa təqdim olunan məruzələrin ABŞ-da qeydiyyatda olan elektron kitabxanalara yerləşdirilməsi konfransın nə qədər səviyyəli və əhəmiyyətli olduğunu göstərir.
Pakistanda yerləşən ECO Elm Fondunun prezidenti professor Manzoor Soomro çıxışında bildirib ki , əsrarəngiz ölkədə olmaqdan və belə bir konfransda iştirakdan çox məmnundur:
“ Bizim təşkilata 10 ölkə daxildir və bunlardan biri Azərbaycandır. Bizim təşkilat tədiqat işlərinə və innovasiyalara maliyyə ayırır”.
Azərbaycan Texniki Universitetinin rektor əvəzi professor Xaliq Yahudov və Bakı Ali Neft Məktəbinin prorektoru professor Ramiz Hümbətov çıxışlarında ölkə rəhbərinin İKT-nin inkişafına olan diqqət və qayğısının Ali təhsil ocaqlarının üzərinə məsuliyyət qoyduğunu diqqətə çatdırıb. Çünki bu diqqətdən bəhrələnərək yüksək ballı abituriyentlər İKT ixtisasını seçirlər. Universitetlər yüksək balla qəbul olunan tələbələri həm vətəndaş kimi həmdə yüksək səviyyəli İKT mütəxəsisi kimi hazırlamalıdırlar.
AICT2016 Beynəlxalq Konfransı İKT-nin təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətirəcək. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana toplamaqdır.
Bu konfrans adı çəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada təqdim etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur elmi konfranslardan biri olacaq. Azərbaycan, Özbəkistan, Gürcüstan, Qazaxıstan və Rusiyada keçirilmiş konfransların uğurlarına əsaslanaraq, AICT2016 Azərbaycanda İKT konfrans tarixində təşkilat səviyyəsinə və iştirakçı sayına görə əvəzsiz və maraqlısı olacağını deyə bilərik. Beynəlxalq Konfransın 10 illik yubileyi münasibətilə, AICT2016 çərçivəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 14-dək davam edəcək konfransda “Böyük verilənlərin idarə edilməsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “İKT tətbiqində müasir nailiyyətlər”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” mövzularında müzakirələr aparılacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri