Braziliya Ali Məhkəməsi “X” sosial şəbəkəsini fəaliyyətini dayandırmaqla hədələyir

30-08-2024 / 08:36

Braziliya Federal Ali Məhkəməsi sahibkar İlon Maskın qarşısında ölkədə “X” platformasının qanuni nümayəndəsini təyin etmək öhdəliyi qoyub. Əks halda Braziliyada sosial şəbəkənin fəaliyyəti dayandırılacaq.

Xeberler.az məlumat verir ki, bu barədə məhkəmə qərarında deyilir.

Bir müddət əvvəl “X” sosial şəbəkəsi şirkətin xidmətlərinin Braziliyada istifadəçilər üçün əlçatan qalacağını elan edib.

Ali Məhkəmə qərarın ekran görüntüsünü “X” səhifəsində yerləşdirib. “X” isə iş saatları xaricində göndərilən şərh xahişinə dərhal cavab verməyib.

Məhkəmə qərarında göstərilir ki, internet məsələlərini tənzimləyən qanunvericiliyinə əsasən, Braziliya qanunlarına və məxfilik qaydalarına əməl etməyən şirkətlərin fəaliyyəti müvəqqəti dayandırıla bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə