Previous Next
Bağla

Bu dəfə də Uninet istifadəçiləri internetsiz qoydu

08-07-2011 12:48
Bu dəfə də Uninet istifadəçiləri internetsiz qoydu

Azərbaycanda internetin keyfiyyət göstəricilərində problem olduğu məlum həqiqətdir. Bir çox provayder şirkətlərin istehlakçılara elan etdiklərindən bir neçə dəfə az internet təqdim etmələrinə dair iddialara, ictimaiyyətin haqlı narazılıqlarına baxmayaraq, təəssüf ki, bu kimi hallar davam edir. Bu günlərdə Qaynar.info-ya açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz də məsələyə diqqət çəkərək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu istiqamətdə təcili tədbirlər görməsinin vacibliyini bildirib.

Müştəri etimadsızlığı nəinki provayder şirkətlərin normal fəaliyyətinə səbəb olmur, əksinə onlar istehlakçıları aldatmaqda davam edirlər.

Oxuculardan birinin Qaynar.info-ya verdiyi məlumata görə, o, yeni tikili binada yaşayır və həmin binanı inşa edən tikinti şirkəti yalnız "Bakinternet" şirkətinin ADSL xidmətindən yararlanmağa şərait yaradır: "Yeni tikili binada yaşayıram. Daimi internet istifadəçisiyəm. İstədim ki, ADSL xidmətindən yararlanım. Amma maraqlandıqda məlum oldu ki, yaşadığımız binanı inşa edən tikinti şirkəti yalnız "Bakinternet" şirkətinin ADSL xidmətindən istifadəyə razılıq verir. Görünür onlar arasında bununla bağlı gizli razılaşma var. Adıçəkilən şirkətin xidməti ilə tanış olduqda bir o qədər də razı qalmadım və hələlik "Dial Up" xidmətindən yararlanmağa qərar verdim".

"Dial Up" internet xidmətindən yararlanandan faktiki olaraq internetdən istifadə edə bilmədiyinə diqqət çəkən həmsöhbətimiz söylədi ki, əvəllər internetin sürətində problem olurdusa, hazırda ümumiyyətlə internetə daxil ola bilmir: "Uninet Stream" şirkətinin internet kartları vasitəsilə internetə daxil olurdum. Əvəllər internetin sürət göstəricilərində problem olurdusa, artıq internetə qoşulmaq belə mümkün deyil. Bununla bağlı adıçəkilən şirkətin kartda qeyd olunan 4930707, 5370000 saylı telefon nömrələrinə açdığım zənglərə cavab verilmir. Şirkətdən məqsədli şəkildə telefonlar söndürülür və əlaqə yaratmaq mümkün olmur. Aramsız zənglərdən yalnız biri baş tutub ki, dəstəyi qaldıran şəxs internetin bir müddət olmayacağını, çıxış yolu olaraq müvafiq instansiyalara şikayət etməyimin vacibliyini bildirib. Bu isə öz növbəsində istehlakçıları aldatmaqla yanaşı, həm də müştərilərə meydan oxumaqdır".

//Azər Niftiyev, QayNar

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnternetdə sürət problemi

İnternetdə sürət problemi

17-06-2010
Oğuz rayonunda cəmi 114 ADSL istifadəçisi var

Oğuz rayonunda cəmi 114 ADSL istifadəçisi var

03-10-2010
Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13-06-2010
Azərbaycanda dial-up xidmətləri dayandırılacaq

Azərbaycanda dial-up xidmətləri dayandırılacaq

03-09-2010
“Provayder istifadəçiyə sürətli internet verməyə borcludur”

“Provayder istifadəçiyə sürətli internet verməyə borcludur”

30-10-2014
Aztelekom abunəçiləri şirkətdən narazıdır

Aztelekom abunəçiləri şirkətdən narazıdır

21-05-2018
Naxçıvanda internetin keyfiyyəti yaxşılaşdırılır

Naxçıvanda internetin keyfiyyəti yaxşılaşdırılır

15-01-2023
Bakinternet dövlət provayderi istifadəçilərin hüquqlarını kobudcasına pozub

Bakinternet dövlət provayderi istifadəçilərin hüquqlarını kobudcasına pozub

25-09-2010
İnternetin əsas payı ilkin Delta Telecom və Aztelecom provayderlərinin üzərinə düşür

İnternetin əsas payı ilkin Delta Telecom və Aztelecom provayderlərinin üzərinə düşür

26-08-2009
«Başqa seçimim olmadığına görə Bakinternetin dəcəlliklərinə, saymazlığına dözməli oluram».

«Başqa seçimim olmadığına görə Bakinternetin dəcəlliklərinə, saymazlığına dözməli oluram».

26-09-2010
Smart Systems genişzolaqlı internet xidmətləri üzrə tarifləri azaldıb

Smart Systems genişzolaqlı internet xidmətləri üzrə tarifləri azaldıb

11-09-2009
Çəkidə aldadan internet şirkətləri

Çəkidə aldadan internet şirkətləri

10-07-2019
Regionlarda internet niyə zəifdir ?

Regionlarda internet niyə zəifdir ?

13-09-2019
Ölkədə İnternetin keyfiyyəti və qiyməti ilə bağlı problemlər qalmaqdadır

Ölkədə İnternetin keyfiyyəti və qiyməti ilə bağlı problemlər qalmaqdadır

18-07-2014
Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013
“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009
 Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016
Dial-up-dan ADSL-ə, yoxsa ADSL-dən Fiber optik internetə?

Dial-up-dan ADSL-ə, yoxsa ADSL-dən Fiber optik internetə?

21-02-2012
Türkiyə internetində nə baş verir?-Problem

Türkiyə internetində nə baş verir?-Problem

04-11-2016
İnternet tarifləri aşağı salınacaqmı?

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019
«Azərbaycan internetin sürətinə görə lideridir

«Azərbaycan internetin sürətinə görə lideridir

08-09-2010
«İnternet keyfiyyətsizdirsə, günahı provayderdə yox, nazirlikdə axtarmaq lazımdır»

«İnternet keyfiyyətsizdirsə, günahı provayderdə yox, nazirlikdə axtarmaq lazımdır»

18-04-2010
Internet provayderlərdə qiymət endirimi əksər müştərilərin tələbatlarına uyğun deyil

Internet provayderlərdə qiymət endirimi əksər müştərilərin tələbatlarına uyğun deyil

17-02-2009
Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə