Previous Next
Bağla

Çəkidə aldadan internet şirkətləri

10-07-2019 10:46
Çəkidə aldadan internet şirkətləri

Artıq bir müddətdir ki, ölkədə ciddi internet problemi var.

Tez-tez baş verən kəsilmələrdən, saytların, məlumatların gec açılmasından hər kəs şikayətçidir. Son günlərdə “Facebook” sosial şəbəkəsində yaranan problemlər, də bunlara əlavə olunub. Əslində ölkəmizdə, o cümlədən də paytaxt Bakıda internetin sürəti ilə bağlı problemlər təkcə bir neçə günün məsələsi deyil, ümumi problemdir. Rəsmi qurumlar isə bu faktı təkzib etməkdədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyndən yerli mətbuata verilən açıqlamaya görə, ölkədə internetin fasilələrlə verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur. Hətta müvafiq xəbər saytlarına belə hallara qarşı daha diqqətlə yanaşmaq tövsiyə olunur. Digər tərəfdən təəssüfedici haldır ki, internetlə bağlı ciddi problemlərin mövcudluğu şəraitində vətəndaşlar xidmətlər üçün yüksək məbləğlər ödəmək məcburiyyətində qalırlar.

Xeberler.az Cümhuriyyət qəzetinə istinadən məlumat verir ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, ekspert Azər Həsrət açıqlamasında bildirib ki, bir qədər əvvəl internetin sürətində mövcud olan sabitlik artıq tarixə qovuşub:

“Azərbaycanda intenet problemi yoxdur” deyənləri yəqin ki, qara basır. İstər sosial mediyaya baxsaq, istərsə də vətəndaşarı dinləsək, hər kəs internet problemindən danışır. İstər sabit, istərsə də mobil şəbəkə üzərindən internet alanlar şikayətçidirlər. Mən hər ikisindən istifadə edirəm və müşahidə edirəm ki, ikisi də ən adi videonu, şəkli, faylı göndərməkdə belə, çətinlik çəkir, “dirənib, üzümüzə baxır”.

Şəbəkədə sabitlik yoxdur, görüntü kəsilir, gündə bir neçə dəfə yazılı formada qarşımıza çıxır ki, “internet yoxdur”. Niyə yoxdur? Buna hələ ki, heç kim aydınlıq gətirmir. İkinci tərəfdən internetin daşıyıcılığı çox aşağı səviyyədədir. Başqa bir məsələ isə ondan ibarətdir ki, müqavilə üzrə ilə 10 MB interneti provayderlər bizə vermirlər. Başqa sözlə desək, “çəkidə aldadılırıq”. Bunu dəfələrlə ictimailəşdirməyimizə baxmayaraq, xeyri yoxdir. Çünki görünür, bu sahəyə rəhbərlik edən dövlət qurumu - yəni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir çəki, düzən verə, qayda-qanun yarada bilmir, ona görə də kim nə bacarırsa, onu da edir.

Ölkənin bölgələrində də vəziyyət acınacaqlıdır. Məsələn, mən Xaçmazın Dədəli kəndində tez-tez oluram. Orada “Nar mobitel” telefon rabitəsində heç bir problem olmur. Lakin internetə keçən zaman problem yaranır. Doğrudur, bu özəl şirkətdir, amma bu problem də ümumi internet infrastrukturuna aiddir. Sabit şəbəkəyə, “Aztelekom”, “Baktelekom” üzərindən verilən internetə gəlincə, mən hələ elə bir adam tanımıram ki, onların xidmətindən razılıq etsin”.

Ekspert bir məqamı da xüsusi qeyd etdi: “Tez-tez cəmiyyət içərisində belə bir xəbər yayılır ki, Nazirliyin birbaşa nəzarətində olan “Aztelekom”, “Baktelekom” özəl provayderlərinin müştərilərini zorla əllərindən alırlar. Bu cür halların mövcudluğu haqda söz-söhbətlər var. Problemin olmadığını deyənlər bir an özlərinə gəlsinlər və bu cür halların niyə baş verməsini izah etsinlər. İkinci tərəfdən isə “problem yoxdur” deyib, yaxalarını kənara çəkməsinlər. Faktiki olaraq hazırda internet infrasturukturu bərbad durumdadır. Bu internetin normal olmamasının məsuliyyətini isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daşıyır. Qurum internetin verilməsinə nəzarət etməli, problemləri araşdırıb, üzə çıxarmalı və həll etməlidir. Amma belə anlaşılır ki, onlar bunu etmirlər.

Etmək istəmirlər, yaxud edə bilmirlər məlum deyil, yəqin ki, öz işini bacarmayanlar bu strukturda toplaşıblar, ona görə də problemləri həll edə bilmirlər. Bu səbəbləri araşdırmaq da dövlətin müvafiq qurumlarının işidir”.

İnternet qiymətlərindən danışan ekspert qiymətlərin qaneedici olmadığını deyir: “Mən ayda 18 manat verib, 10 MB internet alıram. Əvvəlla həmin 10 MB təmin edilmir. İkincisi də təmin edildiyi halda belə, sürətin aşağı enib qalxması müşahidə olunur. Bir çox ölkələrdə internet ucuzdur, bəzi ölkələrdə demək olar ki, pulsuzdur. Bizdə 18 manat internet qiyməti böyük məbləğdir. Estoniya Konstitusiyasında vətəndaşların 1 MB internetlə pulsuz təmin edilməsi konstitusion hüquq olaraq göstərilib. Biz isə 10 MB adı altında 3-5 MB sürətlə internet alırıq. Qiymət yüksəkdir, keyfiyyət və sürət aşağıdır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

"Sürünən” internet – Əhali sürətin zəifliyindən şikayətlənir

17-02-2020

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

16-05-2020

Azərbaycanda internetin sürəti zəifləyib?

03-09-2019

Azərbaycanda internet baha və keyfiyyətsizdir

02-07-2018

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

Nazir müavini internetin sürətinin aşağı olmasına münasibət bildirib

06-11-2019

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

Ekspert: "Provayderlər internet istifadəçilərinə kələk gəlir"

15-04-2020

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

23-09-2020

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009

Azərbaycanın internet problemi: “Əhalinin yarısı kənddə yaşayır, bunu necə həll edək?”

14-01-2021

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009

“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

04-04-2018

Nazirlik İnternetin verilməsində güzəştləri açıqlayıb

04-04-2020

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019

Azərbaycanda zəif internet kabusu

04-03-2019

Ekspert bloklanan saytlardan danışdı

19-07-2019

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Region sakinləri internetsizlikdən şikayət edir

10-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə