Previous Next
Bağla

Dial-up-dan ADSL-ə, yoxsa ADSL-dən Fiber optik internetə?

21-02-2012 16:47
Dial-up-dan ADSL-ə, yoxsa ADSL-dən Fiber optik internetə?

Bu günlərdə Budapeştdə gördüyüm bir reklam diqqətimi çəkdi. Reklamda solda ADSL istifadəçisi bədbin və qanıqara vəziyyətdə, sağda isə fiber optik internet istifadəçisi nikbin və gülərüzlü vəziyyətdə təsvir olunub. Məqsəd əlbəttə ki, insanları ADSL-dən fiber optic internetə keçidi təbliğ etməkdir. Bu reklamı gördükdən sonra Budapeştdə istifadə etdiyim fiber optik interneti Bakıda mövcud internet xidməti təklif edən şirkətlərlə müqayisə etmək qərarına gəldim.

Hazırda mənim Budapeştdə istifadə etdiyim paket soldan birinci paketdir və aylıq 5 000 HUF (təqribən 20 AZN) pul ödəyirəm. Bu paketə 31 telekanal, fiber güclü 25 / 1,5 Mbit / s sürətli internet və şəhər telefonundan istifadə daxildir.

Qeyd edim ki, maraq üçün internet bağlantımı test etdim və gördüm ki, sürət 30,04 / 1,37 Mbit / s göstərir. Göründüyü kimi real sürət demək olar ki, vəd olunan bağlantı sürəti (25 / 1,5 Mbit / s) qədərdir, hətta yükləmə sürəti nəzərə çarpacaq dərəcədə çoxdur.

Paket deyil, yalnız 25 / 1,5 Mbit / s sürətli internet xidmətini sifariş etdikdə aylıq ödəniş 3300 HUF (təqribən 13 AZN) edir. Çox da yüksək sürətə ehtiyac duymayanlar isə 10 / 1 Mbit / s sürətli internet bağlantısı üçün ayda 2000 HUF (təqribən 8 AZN) ödəyirlər.

Müqayisə üçün qeyd edim ki, Budapeştdəki qiymət Bakıdakı fiber optik internet təklif edən provayderlərin qiymətindən daha ucuzdur. Belə ki, Aktiv-ol şirkətində 20 / 20 Mbit / s sürəti üçün aylıq ödəniş 6 aylıq müqavilə öncədən bağlandığı halda 29 AZN, öncədən 6 aylıq müqavilə olmadıqda isə 35 AZN-dir. ADSL bağlantısı ilə bu sürəti isə provayderlərimiz bir neçə dəfə baha qiymətə təklif edirlər (Bakıdakı qiymətlər www.yoxla.az saytına istinadən yazılıb).

ADSL-lə fiber optik xidmətin fərqində əsas məsələ təkcə sürətin çox olmasında, qiymətin daha sərfəli olmasında deyil, eləcə də verilən internetin keyfiyyətindədir. Belə ki, mən Bakıda ADSL internet bağlantısından istifadə etdiyim zaman kəsilmələr olduqda bir neçə dəfə ATS və ya provayderə zəng vurmalı olurdum, onlar isə çox vaxt ya bir-birinin üzərinə problemi atırdılar, ya da xətdə təmir getdiyini bildirirdilər. Amma 7 aydır ki, mən Budapeştdə fiber optik internet istifadə etsəm də, bir dəfə də olsun bağlantıda kəsilmənin şahidi olmamışam.

Etiraf etmək lazımdır ki, Azərbaycan internetlə bağlı islahatlara və infrastruktur quruculuğuna bir qədər gec başladı. Baltikyanı ölkələr və Şərqi Avropada yerləşən keçmiş sosialist ölkələri (hal-hazırda onlar Avropa Birliyi üzvləridirlər) bu islahatlara daha tez başladılar. Yadımdadır ki, biz 2008-ci ilin fevralında Latviyanın paytaxtı Riqada keçirilən BarCamp Baltics tədbirində iştirak edərkən orada ucuz ADSL-in və şəhərin bəzi yerlərində pulsuz ictimai simsiz internetin geniş istifadəsinin şahidi olmuşduq. O zamandan sonra Azərbaycanda da bir neçə dəfə ADSL-in qiymətləri aşağı düşdü, internetdən istifadə artdı.

BBC-nin 23 dekabr 2011-ci ildə Azərbaycanın ölkə profilində (http://news.bbc.co.uk/2/hi/europe/country_profiles/1235976.stm) “InternetWorldStats”-a istinadən yazılmış məlumata görə ölkəmizdə 2010-cu ilin iyun ayında 3,7 milyon internet istifadəçisi var idi. “Sərhədsiz Reportyorlar” təşkilatı isə 2010-cu ildə Azərbaycanda internet medianın “dinamik və artan” olduğunu qeyd etmişdi. Lakin biz hələ də tam olaraq dial-up bağlantıdan ADSL bağlantıya keçidi tam olaraq bitirməsək də, dünyanın inkişaf etmiş ölkələrində artıq ADSL-dən fiber optik bağlantıya keçirlər. Düşünürəm ki, ölkəmizdə bu sahədə növbəti islahatlar aparılarsa, fiber optik bağlantı hamı üçün sərfəli və əlçatan olarsa, bir çox problemlər də arxada qalacaq.

 

Rəşad Mehbalıyev

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

KATV1-dən yüksəksürətli internet üçün kampaniya

02-05-2016

Ailə TV -dən 1 ay pulsuz istifadə imkanı

04-03-2016

Ailə NET internet sürətini artırır

17-03-2018

Connect internet tariflərində endirim edib

03-03-2016

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

İnternetin sürətini necə dəyişmək olar?

06-09-2017

Ailə NET internetin sürətini artırır

13-05-2015

814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub

09-02-2023

İnternetin sürəti 2 qat artacaq - Ailə NET

06-06-2018

Samir Orucov: Sabit genişzolaqlı internet mobil interneti ötüb

27-01-2026

Ailə TV-dən istifadəçilərinə bayram hədiyyəsi

23-09-2015

Aztelecom abonentlərin hüquqlarını pozur

23-09-2019

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır

06-07-2022

Avirtel abunəçilərinə internet xərclərini azaltmağa yardım edəcək

20-02-2016

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016

Naxçıvanda internetin keyfiyyəti yaxşılaşdırılır

15-01-2023

“CityNet”dən əlverişli Payız kampaniyası davam edir

06-10-2021

Data Plus provayderinin direktoru vəzifəsindən ayrılıb

05-07-2016

Oğuz rayonunda cəmi 114 ADSL istifadəçisi var

03-10-2010

Ailə NET-dən optik internetlə bağlı kampaniya

06-05-2016

“CityNet"dən Payız kampaniyası

15-09-2021

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə