Məlum olduğu kimi, ölkənin əsas internet təchizatçısı bir sıra provayderlərin internetini kəsmək məcburiyyətində qaldığını və məhkəməyə müraciət edəcəklərini bildirib.
Belə ki, şirkətin bu açıqlamasına görə, yerli provayderlərin Delta Telecom-a külli miqdarda borcu yaranıb. Bu səbəbdən də adı çəkilən şirkət beynəlxalq telekommunikasiya operatorları ilə ödənişləri edə bilmədiyindən ölkədə internetin kəsilməsi ehtimalı yaranıb.
Təkcə dörd dövlət provayderinin Delta Telecom-a 10 milyon manatadək borcu olduğu bildirilirdi.
Aşağıda adları sadalanan dövlət və özəl provayderlərin daha çox borcunun olduğu bildirilib : Bakı Telefon Rabitəsi İstehsalat Birliyi – Bakinternet provayderi, Aztelekom (AzTelecom.net), AzEurotel , BƏHM (indiki AzİnTelecom), MHM ( AzDataCom), AzQtel (SAZZ), Qlobal Network, Smart System, Caspel, Connect, Caspian Telekom (Ailə Net), Avritel və s.
Məhz bu qurumlarda ilk növbədə internetin kəsiləcəyi və ya məhkəmə ilə bağlı xəbərdarlığın edildiyi bildirilir.
Xeberler.az olaraq Delta Telecom-un məhkəmə xəbərdarlığı məsələsindən sonra provayderlərlə məsələni dəqiqləşdirməyə çalışdıq.
Məlum oldu ki, məsələ həqiqətən də kifayət qədər ciddir.
AzQtel (SAZZ) şirkəti bir müddət əvvəl bildirmişdi ki, həqiqətən də Delt Telecom-a borcları var və ödəyəcəklər.
Bu dəfə şirkətdən Xeberler.az-a bildirilib ki, şirkət hazırda bütün imkanlarını səfərbər edərək bu problemdən çıxış yolu tapmağa çalışır. Bununla belə, şirktədən bildirilib ki, internetin kəsiləcəyi ilə bağlı onlara Delta Telecom tərəfindən heç bir xəbərdarlıq edilməyib.
Caspian Telekom –dan (Ailə TV və Ailə Net) Xeberler.az-a bildirilib ki, artıq Delta Telecom-la razılıq əldə ediblər və ayın sonuna qədər bütün borclarını ödəyəcəklər.
Smart System -dən verilən məlumata görə, onların Delta Telecom-a çox cüzi miqdarda borcları var. Şirkətdən bildirilib ki, Delta Telecom-dan bu məsələ ilə bağlı onlara heç bir xəbərdarlıq edilməyib. Qeyd edilib ki, şirkət borclarını bilir və bu borcları ödəyəcək.
Caspel şirkətindən verilən məlumata görə, Delta Telecom-la bağlı heç vaxt maliyyə problem olmayıb. İndi isə şirkətə yalnız cari borcları var.Qeyd edilib ki, Casbel şirtkətinin provayder baxımından o qədər də dövriyyəsi olmur deyə Delta Telecom-la elə problem olmayıb.
Dövlət provayderləri, Bakı Telefon İstehsalat Birliyi – Bakinternet provayderi, Aztelekom (AzTelecom.net) də ötən yazılarımızda məlumat verdiyimiz kimi, Delta Telecom-a borcları olduğunu bildirib.
Bakinternet və Aztelekom dövlət provayderlərinin toplam bazar payı 45 faizdir. Bu iki qurum həqiqətən də hər ay internet xidmətindən milyonlarla gəlir götürür. Bunu heç onlar özləri də gizlətmirlər. Elə borclarının da olduğunu Xeberler.az –a təsdiqləyiblər.
Lakin onların hansı səbələrdən ödəniş etmədiklərini dəqiqləşdirmək mümkün olmayıb.
İstifadəçliər tərəfindən ləngimələrin olması ilə bağlı arqumentlər isə inandırıcı səslənmir.
Məlumdur ki, ödəniş etməyən müştərilərin interneti adı çəkilən qurumlar tərəfindən dərhal kəsilir.
Güman ki , dövlət provayderləri ilə Delta Telecom arasında bu problem Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ( RYTN) səviyyəsində öz həllini tapacaq.
İstənilən halda ölkənin 45 faizinə nəzarət edən bu iki dövlət provayderinin borcları səbəbindən istifadəçilərin internetsiz qalması yolverilməzdir.
Avirtel şirkətinin direktoru İsmayıl Şabani məsələ ilə bağlı Xeberler.az-a bildirib ki, hazırda şirkətdə bununla bağlı toplantı keçirilir, problem müzakirə edilir.
İsmayıl Şabani deyib ki, bu qədər borcun yığılmasına səbəb həm Delta Telecom, həm də BTRİB-lə bağlıdır:
“Hazırda borcların əmələ gəlmə səbəblərini müzakirə edirik. Əlbəttə, bu qədər borc varsa, bunun bir səbəbi olmalıdır. Birinci məsələ odur ki, Delta Telecom internet qiymətlərində bizə heç vaxt güzəşt etməyib”.
Məlumdur ki, Delta Telecom adətən daha böyük trafik alan şirkətlərə güzəştlər etməyə üstünlük verir. Bu baxımdan da , dövriyyəsi az olan kiçik şirkətlərin müəyyən güzəştlər alması çətin olur.
Şirkət direktoru deyib ki, rayonlarda Aztelekom, Bakıda isə BTRİB onlara xidmət göstərmək üçün yetərli şərait yaratmayıb və buna görə Avirtel gəlir götürə bilməyib:
“Rayonlarda Aztelekom müştərilərimizi əlimizdən alıb. Hazırda onlarla da danışırıq ki, həmin müştəriləri geri qaytarsınlar. Biz hesablamışıq ki, Aztelekom ayda böyük miqdarda Avirtel-ə ziyan vurur. Ona görə bizim də bu qədər borcumuz qalıb. Buna görə maliyyə əldə edə bilməmişik. Bizim gəlirləmiz ancaq bunlara axıb. Bakıda evlərin qiyməti düşməsinə baxmayaraq ATS binasından bir kvadrat metr şkaf üçün yer almağa görə çox pul ödəmişik”.
İsmayıl Şabani deyib ki, hazırda bu problemdən çıxış yolu tapmağa çalışırlar.
Şirkət rəhbəri bildirib ki, bu problemlərə görə istifadəçilərin internetini kəsmək düzgün olmazdı.
Ötən yazılarımızda məlumat vermişdik ki, “doğma provayderlər” də də internet ödənişləri ilə bağlı ciddi problemlər olub . Belə ki, əldə etdiyimiz məlumata görə, dövlət operatorlarının himayədarlığı altında fəaliyyət göstərən bəzi doğma provayderlərin interneti Delta Telekom-dan deyil , ödənişsiz olaraq elə dövlət operatorlarından alması ilə bağlı şübhələr olub.
Beləliklə görünən budur ki, həqiqətən də əksər provayderlərin Delta Telecom-a xeyli miqdarda borcları yaranıb. Əslində uzun müddətdən bəri bu qədər borcun yaranması da müəyyən qədər şübhələr yaradır. Belə ki , adətən provayderlər müştərilərdən qabaqcadan ödənişləri alır və əgər ödəniş dayanarsa, provayderlər dərhal xətləri bağlayır.
Belə olan halda isə onların böyük məbləğdə borclarının yaranmasında , yumşaq dillə desək, anlaşılmazlıqlar var.
Düşünürük ki, doğurdan da şirkətlər arasında yaranan problemlərdən dolayı istifadəçilərin internetinin kəsilməsi doğru olmazdı.
Ümid edirk ki, Delta Telekom bu addımı atmayacaq. Bu problemin ən azı məhkəmə müstəvisində həll edilməsi daha doğru addım olardı.
Bununla belə, ölkədə normal, dayanıqlı internet bağlantısının olması üçün porvayderlər maliyyə məsuliyyətini artırılmalıdırlar.
RYTN-in yeni rəhbərliyinin də vəziyyətdən çıxış yolu tapmaq üçün provayderlər və Delta Telecom-la birlikdə bu məsələni müzakirə etməsi faydalı olardı.
Məsələni gündəmdə saxlayırıq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri