Previous Next
Bağla

I sinfə elektron qəbul başladı

22-02-2018 12:42
I sinfə elektron qəbul başladı

Fevralın 22-də (saat 10:00) 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Bu barədə Xeberler.az-a Nazirlikdən məlumat verilib.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2018-2019-cu dərs ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Sentyabrın 15-dək davam edən qeydiyyat prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər. Həmçinin, Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası təşkil olunub.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=4&v=Q-PmAVVY2Zc) hazırlanaraq Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet resurslarında yerləşdirilib.

Vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi Facebook səhifəsində 22 fevral-2 mart 2018-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilir.

Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

11-03-2019

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

09-08-2017

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

Elektron qeydiyyatın vaxtı uzadılıb

25-09-2018

I sinfə elektron qəbul davam edir

30-09-2016

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

20-06-2025

Azərbaycanda Bilik Günüdür

15-09-2016

Elektron qeydiyyat başlayıb

12-06-2018

Birincilərin elektron qaydada məktəbə qəbulu başlandı

05-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə