Previous Next
Bağla

Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

09-08-2017 13:32
Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 6579 ərizənin onlayn qeydiyyatı (09.08.2017-ci il tarixinə saat 12:00-a olan məlumata əsasən) aparılıb. 

Bu barədə Xeberler.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın 20-dək  həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur. 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron qeydiyyatın vaxtı uzadılıb

25-09-2018

İndiyədək məktəbəhazırlıq qruplarına 24 072 uşaq qeydiyyatdan keçib

21-08-2024

Məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün elektron qəbul prosesi dayandırılır

26-09-2024

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

11-03-2019

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilib

18-09-2024

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

19-03-2025

I sinfə elektron qəbul başladı

22-02-2018

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

Müraciətlər operativ cavablandırılır

10-09-2018

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

Məktəbəhazırlıq və birinci siniflərin yerdəyişmə prosesinə başlanılacaq

23-11-2024

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

Uşaqların I sinfə qəbulu prosesi başlayır

28-04-2025

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıb

25-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə