Previous Next
Bağla

Elektron qeydiyyatın vaxtı uzadılıb

25-09-2018 12:15
Elektron qeydiyyatın vaxtı uzadılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin vaxtı sentyabrın 28-dək uzadılıb.

Xeberler.az  bildirir ki, elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 29-dək  (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək. 

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 21 803 ərizənin onlayn qeydiyyatı (25.09.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb.  Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.   

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U),  2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə  valideynin(qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ, həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. 

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

09-08-2017

İndiyədək məktəbəhazırlıq qruplarına 24 072 uşaq qeydiyyatdan keçib

21-08-2024

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur

11-03-2019

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

I sinfə elektron qəbul başladı

22-02-2018

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019

Məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün elektron qəbul prosesi dayandırılır

26-09-2024

I sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilib

18-09-2024

Müraciətlər operativ cavablandırılır

10-09-2018

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

19-03-2025

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

Məktəbəhazırlıq və birinci siniflərin yerdəyişmə prosesinə başlanılacaq

23-11-2024

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

Valideynlər onlayn formada məktəb və müəllim seçimi edib

11-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə