Bu gün “INMerge” İnnovasiya Sammiti işinə başlayır

29-09-2025 / 08:03

Bu gün regionun nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 öz işinə başlayır.

Xeberler.az məlumat verir ki, “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderləri Bakı Konqres Mərkəzində bir araya gəlir.

“INMerge” İnnovasiya Sammiti bu il 30-dan çox ölkədən 1000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir platformada birləşdirəcək.

Sammit zamanı iştirakçılar müxtəlif şirkətlər tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər.

İki gün davam edəcək sammitdə iştirakçılara yüksək səviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Builki sammitə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi bir çox qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılacaqlar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə