Previous Next
Bağla

Ekspert: Subsidiya mexanizmi nə dərəcədə əlçatan və təkmildir?

04-09-2020 19:24
Ekspert: Subsidiya mexanizmi nə dərəcədə əlçatan və təkmildir?

"Son günlər kənd təsərrüfatına dövlət dəstəyi ilə bağlı subsidiyaların ləğv edildiyi haqqında məlumatlar yayılır. Əslində isə söhbət əvvəlki, daha köhnə qərarların ləğvindən gedir.

Lakin, yeri gəlmişkən qeyd etmək istərdim ki, subsidiya mexanizmi və subsidiyaların əldə olunması ilə bağlı yeni, mövcud qaydaların özü də təkmil deyil.

Ümumiyyətlə, aqrar sahədə müəyyən islahatlar aparılsa da, irəliləyişlər olsa da, ciddi problemlər hələ də qalır.

Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi aqrar sahəyə dövlət dəstəyi ilə bağlı qaydaları real vəziyyət nəzərə alınmadan, birtərəfli qaydada hazırlayıb. Bununla bağlı istifadə olunan Elektron Kənd Təsərrüfatı İnformasiya sistemi ilə bağlı xeyli müddətdir ki, real bir irəliləyiş yoxdur, sistem özü də bərbad gündədir.

Ölkənin nəhəng aqrar sahəsinin rəqəmsallaşması ilə cəmi bir neçə əməkdaş məşğuldur. Bu sistemdə ən adi inteqrasiya məsələləri həll onunmayıb, hələ də , adı rəqəmsal olan bu sistemə, hansisa torpaq sənədlərini skanerdən keçirib sistemə yükləmək lazım gəlir.

Ümumiyyətlə, müşahidələr göstərir ki, Nazirlikdə aqrar sahənin rəqəmsallaşmasına yanaşma düzgün qurulmayıb. Könüllüləri cəlb edib, fermer və aqranomların əvəzinə hansısa aqrar DATA -nı EKTİS-ə doldurmaqla, torpaq və əkin sahələri ilə bağlı rəqəmsal xəritələr olmadan hansisa bir aqrar DRONU göyə qaldırmaqla, rəqəmsal aqranom problemi həll edilmədən aqrar sahə rəqəmsallaşa bilməz.

Bu qədər zaman keçib, hələ də ortada, konkret bir aqrar probemi həll edən, mütəxəssisə, fermerə kömək edəcək bir aqrar rəqəmsall həll ortada yoxdur.

Subsidiya mexanizmində isə düşünürəm ki, real kənd təsərrüfatı ilə məşğul olmaq prinsipi əsas götürülməyib, əksinə torpaq sənədinin adı-təyinatı kənd təsətrrüfatı olması əsas götürülüb.

Bu cür qüsurlu yanaşmada isə faktiki mövcud təsərrüfatlar dəstəkdən kənar qalıb və dövlətdən dəstək alanlar isə bundan sui istifadə edərək, dövlətdən güzəştlə aldığını qara bazara yönəldib.

Nəticə isə ağlasığmazdır, dövlətdə gübrənin bir kisəsi güzəştsiz 26 manat 67 qəpik, bazarda isə 18 manatdır. Bəli, bazarda satılan həmin 18 manatlıq gübrə dövlətdən güzəştlə 8 manata alınandır, istifadə edilmədən satışa çıxarılır.

Yəni, real təsərrüfatı olan fermer məcburdur ki, kiminsə dövlətin dəstəyindən istifadə edərək əldə etdiyi resursdan yenidən bəlli məbləği ödəyərək istifadə etsin. Çünki güzəştsiz olan gübrə dövlətdə, qeyd etdiyim kimi 26.67-dir.

Düşünürəm ki, dövlərin dəstəyi, subsidiya mexanizmi elə qurulmalıdır ki, real olaraq bu sahə ilə məşğul olan fermerlərin hamısı üçün bu dəstək əlçatan olsun. Belə olan halda qara bazara da tələbat olmazdı.

Ümumiyyətlə, son zamanlar həm də intensiv -"ağıllı" bağçılıqla maraqlandığımdan və məşğul olduğumdan, bu sistemlə daha yaxından tanış olanda görmək olur ki , ciddi problemlər var. Bu istiqamətdə təkliflərimi də Kənd Təsərrüfatı Nazirliyinə , aidiyyatı bölmələrə çatdırmışam.

Yeri gəlmişkən, bir müddət öncə məhz qeyd etdiyim problemlərlə bağlı, korrupsiyaya qaşı mübarizə çərçivəsində "Aqrolizinq" qurumlarında korrupsiya və saxtakarlıqlarla bağlı ciddi tədbirlərin görüldüyü bildirilirdi".

Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

15-05-2023

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019

Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

14-01-2019

Elektron qeydiyyatdan keçmiş fermerlərin sayı 200 mini ötüb

14-05-2019

Elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirmək mümkün olacaq

16-12-2024

Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015

AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

06-09-2018

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019

Aqrar sahədə 30-a yaxın startapçı ilə məhsullarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır

20-12-2023

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum işə başlayıb

10-12-2018

Güzəşt, yoxsa faizə oturtmaq? - Ekspert rəyi

24-09-2020

“Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib

20-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə