Oktyabrın 4-dən 10-dək Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (“World Space Week”) keçiriləcək. Kosmos Həftəsi ölkədə artıq üçüncü ildir Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən təşkil olunur.
Xeberler.az Azərtac-a istinadən məlumat verir ki, “Kosmos həftəsi” çərçivəsində “Azərkosmos” ASC-nin və “Azərbaycan Radiosu Həvəskarlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə azərbaycanlı məktəblilər bu yaxınlarda ikinci dəfə Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə yaradıblar. Əsas məqsəd məktəblilərdə kosmosa marağı oyatmaq olub. Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan ABŞ astronavtı Suni Vilyams məktəblilərin suallarını cavablandırıb.
“Azərkosmos”dan verilən məlumata görə, gəncləri kosmik sektora həvəsləndirmək və maarifləndirmək, o cümlədən innovativ kosmik ekosistemi inkişaf etdirmək məqsədilə 20-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub.Xatırladaq ki, Ümumdünya Kosmos Həftəsi kosmik elm və texnologiyanın insanların rifahının yaxşılaşdırılmasına verdiyi töhfəni qeyd etmək məqsədilə 1999-cu il dekabrın 6-da BMT Baş Assambleyası tərəfindən (54/68 saylı qətnamə) oktyabrın 4-dən 10-dək elan edilmişdir. Qeyd edilən tarixlər 1957-ci il oktyabrın 4-də SSRİ-də ilk süni Yer peyki olan “Sputnik-1”in orbitə çıxarılması və 1967-ci il oktyabrın 10-da “Kosmik məkanın kəşfiyyatı və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" müqavilənin qüvvəyə minməsi kimi hadisələri xatırladır. Ümumdünya Kosmos Həftəsinin yaradılması ideyası ilk dəfə BMT-nin 3-cü Ümumdünya Kosmik Konfransında yarandı. Bu forumda Mərakeş nümayəndə heyəti iyulun 20-ni ABŞ ekspedisiyasının Aya eniş etdiyi günə salaraq, bu tarixi Ümumdünya Kosmos Günü elan edilməsi təklifi ilə çıxış edib.eyd edək ki, ötən il Kosmos Həftəsi Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə təsadüf edib. 2023-cü il oktyabrın 2-6-da 50 ildən sonra Bakıda Beynəlxalq Astronavtika Konqresi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.
“Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən 74-cü Konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunub. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, özəl kosmik şirkətlərin, yerli və beynəlxalq media strukturlarının nümayəndələri və investorlar iştirak ediblər. Bakı Konqresinə gələn qonaqlar Kosmos Həftəsi çərçivəsində ölkədə keçirilən tədbirlərdə də fəal iştirak ediblər.
Kosmos Həftəsi çərçivəsində Beynəlxalq Kosmik Stansiya ilə radio rabitəsi qurulacaq, “Pitch Deck” ustad dərsləri, panel diskussiyaları, astronavtlar və kosmos sahəsinin mütəxəssisləri ilə görüşlər keçiriləcək. Builki Ümumdünya Kosmos Həftəsi “Kosmos və İqlim Dəyişmələri” mövzusuna həsr olunub. 2024-cü il Ümumdünya Kosmos Həftəsinin mövzusu “Kosmos və İqlim Dəyişmələri” kosmik texnologiyanın iqlim dəyişmələri ilə mübarizəmizə transformativ təsirini qeyd edir və Yer kürəsi iqlimini anlamaqda və idarə etməkdə kosmik kəşfiyyatın fəal rolunu vurğulayır.
Ötən il Azərbaycanda keçirilən Beynəlxalq Astronavtika Konqresində və digər beynəlxalq tədbirlərdə, o cümlədən iqlim dəyişmələri ilə bağlı tədbirlərdə iştirak təcrübəsi “Azərkosmos”a COP29-da öz proqramı ilə iştirak etmək imkanı verəcək.
Qeyd edək ki, Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildə qoşulub. Ümumdünya Kosmos Həftəsi çərçivəsində dünyanın əksər ölkələrində astronomiya və kosmik elminin populyarlaşdırılmasına dair müxtəlif tədbirlər keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri