Previous Next
Bağla

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018 15:13
Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

Dövlət İmtahan Mərkəzinin (DİM) yaxın aylar ərzində keçirməsi nəzərdə tutduğu ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyən olunub.

Bu barədə Xeberler.az-a DİM-dən məlumat verilib.

Belə ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının 1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də keçiriləcək.

19, 27 yanvar tarixlərində rezidenturaya qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən (həmçinin eksternat qaydasında buraxılış imtahanı verən) əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi 8 aprel tarixində keçiriləcək.

Peşə liseylərinin şagirdləri (11-ci sinif) üçün buraxılış imtahanı martın 18-də keçiriləcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

25-05-2017
 Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017
Elektron ərizə qəbulu sistemi aktivləşib

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017
Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019
DİM: Elektron ərizə qəbulu davam edir

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017
 Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015
Qəbul imtahanlarının I və II  mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019
 56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017
DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015
Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024
Azərbaycanda onlayn sınaq imtahanları başlayır

Azərbaycanda onlayn sınaq imtahanları başlayır

27-02-2019
TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016
TQDK onlayn sınaq imtahanı keçirir

TQDK onlayn sınaq imtahanı keçirir

10-03-2015
“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017
İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016
Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

17-06-2022
Magistraturaya qəbul imtahanlarının elektron formata keçirilə bilər

Magistraturaya qəbul imtahanlarının elektron formata keçirilə bilər

24-04-2025
İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017
Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023
Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

08-06-2022
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə