Previous Next
Bağla

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019 13:51
Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-dək davam edəcək.

Xeberler.az bildirir ki, həm cari ilin, həm də əvvəlki illərin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmək istədikləri halda, aprelin 15-dək elektron ərizələrinin təsdiqini təmin etməlidirlər. İmtahanda yalnız elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər. Qeyd edək ki, əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcəkdir.

İmtahanda iştirak etmək üçün aprelin 15-dək “Abituriyentin elektron ərizəsi” forması təsdiq olunmalıdır. Qaydalara əsasən, qəbul imtahanın birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Xatırladaq ki, 10 aprel saat 12.30-a olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 72155 abituriyent öz ərizəsini təsdiq edib. İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür. Ali təhsil müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz. Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

Qeyd edək ki, tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent" 2 jurnalında tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013

Ümumi (9 illik) orta təhsil bazasında sənəd qəbulu davam edir

19-04-2022

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015

Sabahdan ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

31-03-2015

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015

Kolleclərə onlayn ixtisas seçimi başladı

08-07-2015

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

25-05-2017

Qəbul imtahanının nəticələri açıqlandı

26-05-2015

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

30-04-2015

Elektron qaydada ixtisas seçimi bu gün başa çatır

11-08-2015

Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

20-08-2024

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

17-06-2022

TQDK-nın elektron ərizə qəbulu başa çatıb

12-08-2009

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Abituriyentlərin nəzərinə

21-05-2015

“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

31-07-2009

Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

08-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə