Previous Next
Bağla

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016 11:29
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını yeni yaradılan Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.

Xeberler.az Trend-ə istinadən məlumat verir ki , bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsində qeyd ediləcək.

Nizamnamədə qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə əsasında həyata keçirilməsini təşkil edəcək və onun şəffaflığını təmin edəcək. Mərkəz orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.

Mərkəz ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək.

Mərkəz həm də yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirəcək, imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayacaq və Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək.

Dövlət İmtahan Mərkəzi təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin qəbulunu təşkil edir.

Mərkəz tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradacaq, abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirəcək. Dövlət İmtahan Mərkəzi həm də ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirəcək.

Mərkəzin hüquqlarından biri dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək olacaq.

Mərkəzi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edəcək. Şuranın səlahiyyətlərinə bir çox məsələlər yanaşı, dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək də daxildir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016
TQDK ləğv olundu-Fərman

TQDK ləğv olundu-Fərman

12-04-2016
“DİM-in yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

“DİM-in yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

12-04-2016
 Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017
Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018
 Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015
 56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017
Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026
Texniki və texnoloji ixtisaslara dövlət sifarişi yerləri artırılıb

Texniki və texnoloji ixtisaslara dövlət sifarişi yerləri artırılıb

18-05-2015
Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

30-09-2020
Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018
Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019
Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

15-08-2017
Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

25-05-2017
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək  davam edəcək

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022
Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

10-08-2016
DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019
Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

06-02-2017
Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

03-06-2022
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016
Abituriyentlər elektron ərizələrini doldura bilərlər

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013
3 mindən çox tələbə köçürülmə üçün elektron müraciət edib

3 mindən çox tələbə köçürülmə üçün elektron müraciət edib

23-08-2017
Agentlik “onlayn” formada təhsillə bağlı xəbərdarlıq edib

Agentlik “onlayn” formada təhsillə bağlı xəbərdarlıq edib

13-09-2024
Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır

19-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə