Çin kompüteri “TOP 500” də birinci yerdədi

21-11-2010 / 13:09

Xəbərlər.az portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, National Supercomputer Centerdə olan “Tianhe-1A “ sistemi, 2.57 petaflop/sn performansla rekorda imza atıb.

Bununla da Çin istehsal etdiyi yeni komputerlə “TOP 500”də birinci yerə yüksəlib. Siyahıda ABŞ Energetika Nazirliyinin Oak Ridge Leadership Computing təsislərində olan Cray XT5 “Jaguar” sistemi, 1,75 petaflop/sn ilə ikinci yerdə qərarlaşıb.

Siyahıda üçüncü yeri 1.27 petaflop/sn ilə Çinli sistem Shenzen, dördüncü yeri isə 1.19 petaflop/sn performansı ilə Tokio Texnologiya İnstitutunun istehsalı olan “Tsubame 2,0” tutub. Siyahıda ABŞ və Çinlə yanaşı Yaponiya, Fransa, Almaniya texnologiyaları da yer alır. Siyahıda birinci yeri Çin tutsa da, ABŞ “TOP 500” də 275 yerlə çıxış edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə