Previous Next
Bağla

Çin dünyanın ən güclü superkompüterini yaratdı

19-11-2014 20:29
Çin dünyanın ən güclü superkompüterini yaratdı

Çin Milli Müdafiə Texnologiyaları Universitetinin hazırladığı “Tianhe-2” superkompüteri dünyanın ən güclü superkompüterləri siyahısında lider olaraq qalır.

Belə ki, “Tianhe-2” bu günlərdə dərc edilən beynəlxalq Top-500 reytinqində yenidən birinci yeri tutub. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemi yer alır. "Linpack” testində məhsuldarlığı 33,86 petaflopsa çatan “Tianhe-2” saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirməklə birincidir. İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasına məxsus “Titan” superkompüteri qərarlaşıb.

Ümumilikdə ilk onluğa yalnız bir yeni sistem daxil ola bilib. Bu, ABŞ-ın adı açıqlanmayan dövlət müəssisəsində quraşdırılan "Cray CS-Storm” (3,57 petaflops) sistemidir. ABŞ Top-500 reytinqində superkompüterlərin sayına (231) görə lider mövqeyini qoruyub. Reytinqin dərc edildiyi 44 buraxılış ərzində ABŞ-ın mövqeyi tarixi minimuma enib. Avropa öz iştirakını ötən ilin iyununa nisbətdə 130 superkompüterdən 166-dək artırıb. Asiya isə əksinə, 132-dən 120-dək, Çin 76-dan 61-dək azaldıb. Yaponiya superkompüterlərin sayını 30-dan 32-dək artırmaqla öz mövqeyini qoruya bilib, - “Xaker” yazır.

Mənbə: olaylar.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çin kompüteri “TOP 500” də birinci yerdədi

21-11-2010

Ən güclü superkompüter işə salındı

29-10-2010

Çin superkompüter reytinqində liderdir

17-11-2017

Saniyədə 1,750 trilyon əməliyyat aparan superkompyuter

15-06-2010

Moskvada MDB və Şərqi Avropanın ən güclü superkompüteri işə salınıb

27-11-2009

Saniyədə 230 trilyon əməliyyat yerinə yetirən superkompüter

16-06-2009

TOP 500 komputer (tam siyahı)

25-06-2011

Çin yeni superkompüter yaradır

23-01-2016

Çin dünyanın ən güclü superkompüterini hazırladı

20-11-2009

Google Microsoft-u qabaqlayıb

28-06-2008

Çində saniyədə 100 trilyon əməliyyat həyata keçirən super sürətli kompüter icad edilib

03-09-2008

Dünyanın ən güclü superkompüterləri - Siyahı

17-07-2015

Çin ən innovativ ölkələr reytinqində ilk onluğa daxil olub

16-09-2025

Dünyanın ən sürətli super kompüterləri hansılardır?

26-06-2009

İl ərzində dünya üzrə planşetlərin satış həcmi 36,7 faiz artıb

12-11-2013

İnformasiya texnologiyalarının inkişafına görə 61-ci yerdəyik

05-04-2012

Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

11-04-2013

Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05-09-2013

“Google” ABŞ-ın axtarış sistemi bazarının 2/3 hissəsini tutur

16-11-2013

Dünyanın ən gəlirli şirkətlərinin reytinqi açıqlanıb

27-07-2015

Dünyanın ən yaxşı İT universitetləri

26-03-2009

Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

04-04-2014

Displey bazarının həcmi azalacaq

03-11-2013

Çinlilər xüsusi prosessorlardan superkompüter yığacaqlar

27-08-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə