Çin hakimiyyəti ibtidai məktəbdən ali təhsil müəssisələrinə qədər təhsilin bütün pillələrində süni intellektin məcburi qaydada tədrisini nəzərdə tutan beşillik planı təsdiqləyib.
Xeberler.az “Bloomberg” agentliyinə istinadən məlumat verir ki, yeni təhsil strategiyası süni intellekt texnologiyalarından səmərəli istifadə etməyi bacaran və innovativ iqtisadiyyatın inkişafına töhfə verəcək mütəxəssislərin hazırlanmasına yönəlib.
Sənədə əsasən, süni intellektin tədrisi ayrıca seçmə fənn kimi deyil, əsas təhsil proqramlarına inteqrasiya olunacaq. İslahatın əsas məqsədi şagird və tələbələrdə müasir rəqəmsal texnologiyalarla işləmək üzrə praktiki bacarıqlar formalaşdırmaq və onlara bu texnologiyaları real problemlərin həllində tətbiq etməyi öyrətməkdir.
Çin hakimiyyəti süni intellekt sahəsində bacarıqların inkişafını milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasının əsas amillərindən biri hesab edir.
Son illərdə Çin süni intellekt sahəsində tədqiqatlara, eləcə də bu texnologiyaların sənaye, səhiyyə, nəqliyyat və dövlət idarəçiliyində tətbiqinə fəal şəkildə investisiya yatırır. İndi isə ölkə kadr hazırlığının sistemli şəkildə təşkilinə üstünlük verir.
Ekspertlərin fikrincə, məktəblilərin süni intellekt texnologiyaları ilə erkən tanış olması rəqəmsal savadlılıq səviyyəsinin yüksəlməsinə və qarşıdakı onilliklərdə əmək bazarında tələb olunacaq mütəxəssislərin hazırlanmasına imkan verəcək.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları