Previous Next
Bağla

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

04-06-2026 16:55
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda aparılan tədqiqatlar nəticəsində əmək bazarının İKT profilli mütəxəssislərə tələbi öyrənilib, ali təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

Xeberler.az məlumat verir ki, aparılan təhlillər əsasında son illərdə bir sıra ixtisaslar yenilənib, proqram mühəndisliyi, kompüter mühəndisliyi, data analitikası, kibertəhlükəsizlik və digər yeni ixtisaslar tədris proqramlarına daxil edilib. Mütəxəssislərin fikrincə, rəqəmsallaşmanın sürətlənməsi bəzi ənənəvi ixtisasların aktuallığını azaltmaqla yanaşı, yeni peşələrin yaranmasına səbəb olur. Bu isə innovativ düşüncəli və yüksəkixtisaslı kadrların hazırlanmasını zəruri edir. Buna görə də ali təhsil proqramlarının məzmunu mütəmadi yenilənməli, beynəlxalq təcrübə və əmək bazarının tələbləri nəzərə alınmalıdır.

Tədqiqatçılar qeyd edirlər ki, rəqəmsal transformasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində qarşıya qoyulan strateji hədəflərin icrası İKT üzrə peşəkar kadr hazırlığından birbaşa asılıdır. Bu baxımdan əmək bazarının mütəmadi monitorinqi və təhlili mühüm əhəmiyyət daşıyır.

Rəqəmsallaşma bütün sahələri əhatə etdiyindən səhiyyədə də yeni ixtisaslara ehtiyac yaranıb. Xüsusilə rəqəmsal tibb və elektron səhiyyə sistemlərinin inkişafı tibbi informatika üzrə mütəxəssislərə tələbatı artırıb. Eyni zamanda, İKT və süni intellekt texnologiyalarının geniş tətbiqi kibercinayətkarlıq risklərini artırdığından informasiya hüququ, rəqəmsal kriminalistika və kibertəhlükəsizlik kimi ixtisaslar daha da aktuallaşır.

Mütəxəssislər hesab edirlər ki, rəqəmsal bacarıqların inkişafı üçün fasiləsiz təhsil, ixtisasartırma və yenidən hazırlıq proqramlarının genişləndirilməsi vacibdir. Onların sözlərinə görə, dövlət səviyyəsində həyata keçirilən təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” ölkədə kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

11-06-2026
Nazir: "İT təhsilli məzun sayı əmək bazarının tələbinə tam cavab vermir"

Nazir: "İT təhsilli məzun sayı əmək bazarının tələbinə tam cavab vermir"

14-05-2026
Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

22-06-2026
İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

01-08-2022
Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect"  şirkəti Anlaşma Memorandumu imzalayıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021
Rəqəmsal iqtisadiyyatın inkişafı üçün mütəxəsisslər hazırlanmalıdır

Rəqəmsal iqtisadiyyatın inkişafı üçün mütəxəsisslər hazırlanmalıdır

20-09-2019
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024
İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

05-03-2026
TAU-da İT və süni intellekt üzrə kadr hazırlığına dair vorkşop keçirilib

TAU-da İT və süni intellekt üzrə kadr hazırlığına dair vorkşop keçirilib

22-02-2026
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025
İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

03-06-2025
Elm-təhsil və texnologiyalar birliyi yaradılır

Elm-təhsil və texnologiyalar birliyi yaradılır

03-06-2015
İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025
AKTA:Kibertəhlükəsizliyə dair dərslərin keçirilməsində maraqlıyıq

AKTA:Kibertəhlükəsizliyə dair dərslərin keçirilməsində maraqlıyıq

31-05-2022
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
AKTA və AzTU yeni layihəyə başladı

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

07-03-2025
İRİA rəqəmsal bacarıqların inkişafına yönəlmiş tədqiqat layihəsi həyata keçirib

İRİA rəqəmsal bacarıqların inkişafına yönəlmiş tədqiqat layihəsi həyata keçirib

12-12-2024
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
RİNN və ABB birgə  yeni layihəyə start verir

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022
Rəşad Həsənov: "AZSET" strateji addımlardan biridir

Rəşad Həsənov: "AZSET" strateji addımlardan biridir

14-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə