Previous Next
Bağla

“Şencou-19” kosmik missiyası uğurla orbitə çıxarılıb

30-10-2024 09:14
“Şencou-19” kosmik missiyası uğurla orbitə çıxarılıb

Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupu olan “Şencou-19” (“Shenzhou-19”) missiyasına start verilib.

Xeberler.az məlumat verir ki, “Şencou-19” kosmik gəmisini orbitə aparan “Böyük yürüş-2F” (“Long March-2F”) daşıyıcı raketinin buraxılışı Qobi səhrasındakı Ciuçüən kosmodromunda oktyabrın 30-da Pekin vaxtı ilə səhər saat 04:27-də baş tutub. “Şencou-19” missiyasında astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocı iştirak edirlər. Bu, Çinin orbitə göndərdiyi 14-cü pilotlu missiyasıdır. Çay Sucı “Şencou-14” missiyasının üzvü kimi 2022-ci ildə kosmosda olub. Çinin 3-cü nəsil astronavtlarından olan keçmiş hərbi pilot Son Lindon və mühəndis Van Haocı isə ilk dəfə kosmosa uçub. Van Haocı Çinin kosmosa uçan 3-cü qadın astronavtı və hazırda yeganə mühəndis-astronavtıdır. Onların hər ikisi 1990-cı illərdə dünyaya gələn astronavtlardır.

Buraxılışdan əvvəl ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi yolasalma mərasimi təşkil olunub.

Çin Kosmos Agentliyi buraxılışdan təxminən 10 dəqiqə sonra kosmik gəminin raketdən ayrılaraq orbitə daxil olduğunu açıqlayıb. Buraxılışdan təxminən 6,5 saat sonra kosmik gəmi “Tienqon” adlı stansiyası ilə birləşib.

“Şencou-19” missiyası kosmik stansiyada 6 aylıq fəaliyyətini noyabrın 4-də başa vuracaq “Şencou-18” missiyasının astronavtları Yı Quanfu, Li Çon və Li Quansunu əvəzləyəcək. “Şencou-19” missiyasının astronavtlarının da stansiyada təxminən 6 ay qalması nəzərdə tutulub. Onlar stansiyada və açıq kosmosda bir neçə tapşırıq icra edəcək, bəzi avadanlıqları quraşdıracaqlar. Ümumilikdə 86 kosmos elm araşdırması, o cümlədən bioloji və fiziki tədqiqat, texnoloji eksperiment yerinə yetiriləcək. “Şencou-19” Çin kosmik stansiyasının 4-cü astronavt missiyasıdır.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul və iki laboratoriya modulundan ibarətdir. Əsas modul 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton olan stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.

Çin Kosmik Texnologiyalar Akademiyasının tədqiqatçısı Can Çiao ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı ölkəsinin kosmik stansiyasının iki dəfə böyüdüləcəyini bildirmişdi. Belə ki, qarşıdakı illərdə kosmik stansiyanın modullarının sayının 3-dən 6-ya çatdırılması, onun texniki imkanlarının çoxaldılması planlaşdırılıb. Stansiyanın böyüdülməsi planına böyük antena və teleskop, 3D printer, robotlar, müşahidə, aşkarlama və xəbərdarlıq cihazları da daxildir. Genişlənmədən sonra stansiyanın çəkisi 180 tona çatacaq.

Çinin kosmosla bağlı digər iddialı hədəfi isə 2030-cu ilədək Aya astronavt enişini reallaşdırmaqdır.

Çin Kosmos Agentliyi artıq Aya eniş etmək üçün 10 potensial astronavt müəyyən edib. Onlar avqust ayından xüsusi təlimlərə cəlb olunublar. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Çinin kosmosa uçacaq növbəti astronavtları müəyyənləşib

Çinin kosmosa uçacaq növbəti astronavtları müəyyənləşib

29-10-2024
Çin növbəti kosmik missiyasını orbitə göndərir

Çin növbəti kosmik missiyasını orbitə göndərir

24-04-2025
Çinin “Şencou-18” missiyasının astronavtları Yerə qayıdıblar

Çinin “Şencou-18” missiyasının astronavtları Yerə qayıdıblar

04-11-2024
“SpaceX”in pilotlu kosmik missiyası təxirə salınıb

“SpaceX”in pilotlu kosmik missiyası təxirə salınıb

27-08-2024
Çin orbitə kosmik gəmi çıxaracaq

Çin orbitə kosmik gəmi çıxaracaq

23-04-2025
Beynəlxalq Kosmik Stansiyanın 3 kosmonavtı Yerə qayıdıb

Beynəlxalq Kosmik Stansiyanın 3 kosmonavtı Yerə qayıdıb

20-04-2025
Amerikanın kosmik gəmisi BKS-də 2,3 ton yük çatdıracaq

Amerikanın kosmik gəmisi BKS-də 2,3 ton yük çatdıracaq

17-05-2026
Türkiyə Aya iki kosmik gəmi göndərəcək

Türkiyə Aya iki kosmik gəmi göndərəcək

09-02-2025
“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

13-02-2026
Cənubi Koreya "Nuri" kosmik raketinin buraxılış tarixi açıqlanıb

Cənubi Koreya "Nuri" kosmik raketinin buraxılış tarixi açıqlanıb

30-09-2025
Daha bir kosmik gəmi orbitə çıxarılıb

Daha bir kosmik gəmi orbitə çıxarılıb

19-08-2015
Kosmik dicey Beynəlxalq Kosmik Stansiyada konsert verib

Kosmik dicey Beynəlxalq Kosmik Stansiyada konsert verib

17-08-2019
NASA-nın kosmosdan qayıdan astronavtı xəstəxanaya yerləşdirilib

NASA-nın kosmosdan qayıdan astronavtı xəstəxanaya yerləşdirilib

26-10-2024
Kosmosda növbəti selfie

Kosmosda növbəti selfie

19-08-2015
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

18-12-2024
ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

20-05-2015
NASA Yerin "Orion"dan çəkilmiş ilk şəkillərini yayımlayıb

NASA Yerin "Orion"dan çəkilmiş ilk şəkillərini yayımlayıb

04-04-2026
Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

05-10-2024
NASA “SpaceX Dragon”u qarşılamağa hazırlaşır

NASA “SpaceX Dragon”u qarşılamağa hazırlaşır

24-02-2026
NASA 50 il sonra Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra Aya insanlı missiyanı həyata keçirib

02-04-2026
“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub

07-04-2026
Dörd astronavt Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdıb

Dörd astronavt Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdıb

11-08-2025
“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır

“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır

07-09-2024
NASA "Orion"un Ay trayektoriyasına daxil olmasına icazə verib

NASA "Orion"un Ay trayektoriyasına daxil olmasına icazə verib

03-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə