Previous Next
Bağla

"COP29" -da fəaliyyət göstərəcək könüllülərə təlimlər keçirilib

29-10-2024 18:05
"COP29" -da fəaliyyət göstərəcək könüllülərə təlimlər keçirilib

Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində Dövlət Radiotezliklər İdarəsi (DRİ) və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən radiotezlik sahəsində görüləcək işlərin aparılmasında iştirak edəcək könüllülərə təlimlər keçirilib.

Xeberler.az məlumat verir ki, DRİ və İKTA-nın müvafiq rəhbər şəxsləri və aidiyyəti mütəxəssisləri tərəfindən  keçirilən təlimlər COP29-un Könüllülər Mərkəzində gün ərzində 2 dəfə növbəli şəkildə təşkil olunub.

Təlim proqramına əsasən, könüllülərə COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda və ətraf ərazilərdə istifadə olunacaq radioelektron vasitələri (REV) və radiotezlik komandası tərəfindən istifadə olunacaq radiomonitorinq avadanlıqları barədə ətraflı məlumat verilib. Eyni zamanda COP29 Radiospektrin idarə edilməsi portalı vasitəsilə müvafiq avadanlıqların qeydiyyatı, etiketlənməsi və bu proseslərin əhəmiyyəti barədə təqdimatlar edilib.

İnteraktiv formada təşkil olunan təlimlərdə könüllülərə COP29 tədbiri üçün akkreditə olunmuş yerli və xarici istifadəçi qrupları tərəfindən məkana gətiriləcək simsiz avadanlıqların qeydiyyatının və etiketlənməsinin yoxlanılması, məlumat mərkəzlərinə yönləndirilməsi və digər proseslərlə bağlı zəruri köməkliyin göstərilməsi üçün lazım olan prosedurlar izah olunub.

Təlim müddətində tədbir zamanı istifadə ediləcək radiomonitorinq avadanlıqlarının iş prinsipi nümayiş etdirilib və könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb. Keçirilmiş təlimlər könüllülərin bilik və bacarıqlarını artırmaqla yanaşı, müvafiq avadanlıqlara və praktiki işlərə dair daha ətraflı anlayış əldə etmələrində də faydalı olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024

Tezliklərdən istifadə və radiomonitorinq tədbirləri həyata keçirilir

15-11-2024

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

Radiotezlik istifadəçiləri haqda statistika açıqlanıb

02-10-2015

COP29.az vebsaytı istifadəyə verilib

03-05-2024

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

02-11-2024

COP29-a hazırlıq çərçivəsində “Google” yerli tərtibatçılar üçün təlim proqramı təqdim edir

11-10-2024

Azərbaycanın qərb bölgəsində radiomonitorinq keçirilir

31-10-2013

Dövlət Radiotezliklər İdarəsində istehsalat təcrübəsi keçən tələbələrin təcrübə müddəti uğurla başa çatıb

26-05-2023

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024

COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər

31-01-2024

Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

26-08-2024

Qeydiyyata alınan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

04-12-2015

"X" platformasında COP29 əleyhinə saxta hesablardan istifadə aşkarlanıb

01-11-2024

NASA astronavtları COP29 iştirakçılarına müraciət ünvanlayıblar

12-11-2024

Bu gün Bakıda COP29 işə başlayır

11-11-2024

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkətidir

07-11-2024

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

16-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə